Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub.
Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib.
Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: “Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir”.
Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlər yaranıb. Yüksək şəkərdən əziyyət çəkən müğənni daha əvvəl Türkiyədə mədə əməliyyatı keçirdiyini açıqlayıb.














