Məşhur prodüser Erol Köse 16-cı mərtəbədəki mənzilindən yıxılaraq ölüb.
Gündəm24.az xəbər verir ki, Məşhur prodüser Erol Köse Sarıyerin Maslak şəhərindəki 16-cı mərtəbədəki mənzilindən yıxılaraq ölüb. İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başladığını və ətraflı məlumatın yarılma prosesindən sonra veriləcəyini açıqlayıb.
Erol Köse 1965-ci ildə anadan olub və Türkiyənin ən məşhur musiqi prodüserlərindən biri sayılırdı. Musiqi karyerasına Komedi Dans Üçlüsü qrupunun üzvü kimi başlamış, səkkiz il onlarla çıxış etmiş və albomlar yazmışdır.
Deniz Arcakın albom təklifi ilə musiqi istehsalı sahəsinə qədəm qoyan Köse 2000-ci illərdə karyerasını möhkəmləndirib. O, Tarkan, Gülşen və Sertab Erener kimi məşhur sənətçilərlə layihələrdə iştirak edib, doktorluq dərəcəsi də alaraq gənc sənətçilər üçün albomlar hazırlayıb.
Sədaqət Həsənova














