İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki daşınmaz əmlaklarının zərbələr üçün qanuni hədəf olduğunu bəyan edib.
NOCOMMENTA.az xəbər verir ki, söhbət ABŞ dövlət başçısının Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı qolf klublarından və göydələnlərindən gedir. Hədəf siyahısına Dubaydakı “Trump International Hotel & Tower”, Ciddədəki “Trump Plaza” və Ər-Riyaddakı “Trump Tower” kimi nəhəng layihələr daxildir. İran tərəfi bu obyektlərin hər birini potensial hərbi hədəf kimi nəzərdən keçirdiyini rəsmən diqqətə çatdırıb.














