Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, tərəflər Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Telefon danışığı zamanı Nikol Paşinyan həmçinin Rəcəb Tayyib Ərdoğanı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Türkiyə dövlət başçısı isə öz növbəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması birbaşa ticarətin qurulmasına yönəlmiş praktiki addımlar sayəsində uğurla davam edir.














