Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏCİLİ! Türkiyə müharibəyə girir?

19/09/2026 11:19
Dünya
823 8
TƏCİLİ! Türkiyə müharibəyə girir?
688
Paylaşım sayı
955
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Yaxın Şərqdə Yəmən böhranı ətrafında gərginliyin artması Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə yanaşı, müqəddəs məkanların qorunması məsələsini də yenidən gündəmə gətirib. Məkkəyə raket və pilotsuz uçuş aparatları ilə mümkün hücumlarla bağlı narahatlıqlar fonunda Ankaranın mövqeyi xüsusi diqqət çəkir. Türkiyə müqəddəs məkanların və mülki əhalinin hədəfə alınmasını qəbuledilməz hesab etdiyini bildirir və bölgədə diplomatik səylərin gücləndirilməsini vacib sayır.

Gərginlik davam edərsə, Türkiyənin mövqeyi hansı praktiki addımlarla müşayiət oluna bilər? Ankara husilərə qarşı hərbi müdaxiləyə gedəcək, Səudiyyə Ərəbistanına təhlükəsizlik dəstəyi göstərəcək, yoxsa diplomatik kanalları genişləndirməklə kifayətlənəcək? 

x6yDxss9iHJu9nQfPgtuPA9UPogr3kra2H3h01SQ_1200.jpg (126 KB)

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan Yücel Karauz Musavat.com-a danışıb:

“Mövcud rəsmi açıqlamalar göstərir ki, Ankara artıq məsələni yalnız diplomatik bəyanatlar səviyyəsində görmür. 16 sentyabr 2026-cı ildə Türkiyə XİN Məkkəni hədəf alan husi PUA hücumunu kəskin şəkildə pisləyib və Səudiyyə Ərəbistanının təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini açıq şəkildə təsdiqləyib”.

YUCEL.jpeg (71 KB)

Karauzun fikrincə, Türkiyənin mümkün reaksiyasını birbaşa Yəmənə hərbi müdaxilə edib-etməməkdən daha geniş təhlükəsizlik pillələri sistemi kimi qiymətləndirmək lazımdır:

“Birinci və ən real mərhələ diplomatiya və çəkindirmədir. Ankara husilərə hücumların dayandırılması barədə təzyiqi artırmaqla yanaşı, Səudiyyə Ərəbistanı və Pakistanla koordinasiyanı gücləndirə bilər. 7 avqustda imzalanmış Məkkə Birgə Müdafiə Sazişi və 31 avqustda keçirilmiş ilk Strateji Siyasi və Müdafiə Komitəsi toplantısı artıq bunun institusional mexanizmini yaradıb. Üç ölkə kollektiv çəkindirmə və müdafiə imkanlarını gücləndirmək, hərbi qüvvələrin uyğunluğunu artırmaq və müdafiə sənayesi əməkdaşlığını genişləndirmək barədə razılığa gəlib”.

Yücel Karauz qeyd edib ki, sonrakı mərhələ Səudiyyə Ərəbistanına birbaşa müdafiə dəstəyinin artırılmasıdır:

“Bu, mütləq Türkiyə qoşunlarının Yəmənə göndərilməsi demək deyil. Hakan Fidanın açıqlamasına görə, Məkkə sazişi çərçivəsində yardım kəşfiyyat, logistika və sursatdan başlayaraq təhlükənin miqyasından asılı olaraq hərbi birliklərə qədər genişlənə bilər; yardımın növü Səudiyyə Ərəbistanının müraciəti və müvafiq siyasi-hərbi qərarlarla müəyyənləşdiriləcək. Buna görə hava və raket hücumundan müdafiə, radar və erkən xəbərdarlıq, PUA əleyhinə sistemlər, kəşfiyyat məlumatlarının paylaşılması və kritik obyektlərin müdafiəsi Ankara üçün daha aşağı eskalasiya riski daşıyan praktik variantlardır”.

AOpIy5CS2460qNse70WhY6Ev73R0KyWR78yC5Jsg_1200.jpg (254 KB)

Türkiyəli general digər istiqamət kimi Qırmızı dəniz–Bab əl-Məndəb xəttini vurğulayıb:

“Türkiyə artıq Səudiyyə Ərəbistanının təşəbbüsü ilə müzakirə olunan çoxmillətli dəniz təhlükəsizliyi mexanizminin toplantılarında iştirak edir. Türkiyə XİN-in açıqlamasına görə, Ankara Bab əl-Məndəbin təhlükəsizliyini öz iqtisadi və strateji maraqları ilə birbaşa əlaqəli hesab edir; MSB də Türkiyənin bu istiqamətdə koordinasiya prosesinə qatıldığını təsdiqləyib. Bu səbəbdən Türkiyənin Yəmən daxilində quru əməliyyatından əvvəl dəniz yollarının müdafiəsi, müşayiət, hava-dəniz müşahidəsi və çəkindirmə missiyalarına üstünlük verməsi daha mümkün görünür”.

Yücel Karauz qeyd edib ki, ən yüksək eskalasiya pilləsi isə birbaşa hərbi müdaxilədir. Onun sözlərinə görə, hzırkı rəsmi məlumatlarda Ankaranın husilərə qarşı Yəmən ərazisində hücum əməliyyatı keçirmək qərarı görünmür:

“Əksinə, Məkkə sazişinin rəsmi sənədlərində böhranların sülh yolu ilə həlli, gərginliyin azaldılması və təmkin xüsusi vurğulanır. Buna görə Türkiyənin ilkin xəttini “Husilərlə müharibəyə girmək” deyil, Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini yüksəltmək və hücumların strateji nəticəsini azaltmaq kimi oxumaq daha düzgündür”.

MANDA.jpg (149 KB)

Bununla belə, general bildirib ki, Məkkənin və digər müqəddəs məkanların davamlı şəkildə raket və PUA hücumlarına məruz qalması vəziyyətin xarakterini dəyişə bilər:

“Belə halda məsələ yalnız Səudiyyə–husi qarşıdurması deyil, İslam dünyasının müqəddəs məkanlarının təhlükəsizliyi və Məkkə Birgə Müdafiə Sazişinin etibarlılığı məsələsinə çevrilər. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı yeni mexanizmin ilk ciddi sınaqlarından biri də məhz bu ola bilər. Sazişin məqsədləri arasında kollektiv çəkindirmənin etibarlılığının artırılması açıq şəkildə göstərilir. Bu baxımdan Ankaranın mümkün xəttini “diplomatiya → kəşfiyyat və erkən xəbərdarlıq → hava/PUA müdafiəsi → Qırmızı dənizdə çoxmillətli təhlükəsizlik fəaliyyəti → zərurət yaranarsa, daha geniş hərbi dəstək” ardıcıllığında görmək olar. Yəmənə hərbi müdaxilə isə daha yüksək siyasi və hərbi risk daşıdığı üçün son variantlardan biri olar. Əsas strateji məqsəd husilərlə yeni müharibə açmaqdan çox, Məkkə və Mədinənin toxunulmazlığını təmin edən, Səudiyyə Ərəbistanının müdafiəsini gücləndirən və eyni zamanda İran–husi–Körfəz qarşıdurmasının regional müharibəyə çevrilməsinin qarşısını alan çəkindirici təhlükəsizlik arxitekturası yaratmaqdır. Bu, Türkiyənin həm Səudiyyə Ərəbistanı və Pakistanla yeni müdafiə mexanizmini işlək hala gətirməsinə, həm də regional diplomatik manevr imkanlarını qorumasına şərait yaradar”.

Oxşarxəbərlər

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…
Dünya

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

19/09/2026 13:40
960
Tramp onu hava limanında şəxsən qarşılayacaq
Dünya

Tramp onu hava limanında şəxsən qarşılayacaq

19/09/2026 13:05
955
Rusiya NATO ölkələrinə hücum edəcək – XƏBƏRDARLIQ
Dünya

Rusiya NATO ölkələrinə hücum edəcək – XƏBƏRDARLIQ

19/09/2026 12:20
961
TƏCİLİ! COVİD-19 geri qayıdır – Çox sayda yoluxan var
Dünya

TƏCİLİ! COVİD-19 geri qayıdır – Çox sayda yoluxan var

19/09/2026 11:52
958
Putinin bu görüntüləri gündəm oldu: Kompüterindəki yazı nədir?
Dünya

Putinin bu görüntüləri gündəm oldu: Kompüterindəki yazı nədir?

19/09/2026 09:58
965
İstanbulda bina çökdü: Yaralılar var
Dünya

İstanbulda bina çökdü: Yaralılar var

19/09/2026 00:29
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
954
Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

19/09/2026 13:40
960
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

19/09/2026 13:35
953
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.