Cümə, İyun 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Tofiq Zülfüqarov erməniləri yenidən özündən çıxardı

18/05/2026 10:57
CƏMİYYƏT
45 2
Tofiq Zülfüqarov erməniləri yenidən özündən çıxardı
60
Baxış sayı

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun daha bir paylaşımı ermənilər arasında rezonans yaradıb.

Gündəm24.az yenisabah-a istinadən xəbər verir ki, o, “Facebook” səhifəsində erməni bloger Artur Osipyana belə cavab verib:

“Müvəqqəti olaraq hava haqqında fikirləşdikdən sonra inadkar erməni şərhçiyə cavab verməyə qərar verdim. O da Baş nazir Paşinyan kimi Ermənistan-Azərbaycan münasibətləri mövzusunda istənilən müzakirəni “Böyük Tigran”la başlamaq istəyir…

Cavabım: Artur Osipyan, məndə belə bir təəssüratım yaranıb ki, müzakirə mövzusunu dəyişdirmək istəyirsiniz. Əgər Süni İntellektə istinadla ilkin paylaşımımı nəzər salsaq, açıq-aşkar görünür ki, mən oxucuların diqqətini 1920-dən 1989-cu ilə qədər Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhədlərin dəyişməsi dinamikasına çəkmək istəyirəm. Çünki sərhədlərin müəyyən edilməsi üçün baza kimi Almatı Bəyannaməsi təklif olunur (onun mətnində “mövcud sərhədlər”dən danışılır).

Amma 1989-cu ildən sonra faktiki və hüquqi olaraq aramızda sərhəd mövcud olmayıb, çünki müstəqillik Bəyannaməsi və Konstitusiyaya əsasən, Ermənistan parlamenti öz “miatsum” qərarı ilə sovet inzibati sərhədini ləğv edib. Buna görə də sərhədlərin müəyyən edilməsi üçün baza 28 aprel 1920-ci ildən başlayaraq sovet inzibati sərhədlərinin hər hansı bir variantı ola bilər. Sizin və digər erməni şərhçilərin dövlətlərin tarixi, bölgə xalqlarının etnogenezi barədə sualları mənim üçün mövzu üzrə spesifik müzakirədən yayınma cəhdi kimi qəbul edilir.

Beləliklə, sizə təhlil üçün bunları əsas götürməyi tövsiyə edirəm:

– Vaşinqton və Praqa razılaşmaları;

– Almatı Bəyannaməsi (mətnin özü, təfsiri deyil);

– Süni İntellekdən sərhədlərin dəyişməsi ilə bağlı arxiv sənədləri;

– Ermənistanın müstəqilliyini elan edən Bəyannamə və Konstitusiya mətni;

– Ermənistan parlamentinin Ermənistan-Azərbaycan Bəyannaməsinə dair düzəlişlərinin mətnləri.

Hazırkı vəziyyət üçün bu kifayətdir, bu sənədlərlə bağlı sual yaranarsa, verin. Siz və digər erməni şərhçiləri yaxşı başa düşməlisiniz ki, 28 aprel 1920-ci ildən əvvəlki bütün xəritə, sənədlər, tarixçilərin fikirləri mövzumla və iki dövlət arasında sərhədlərin müəyyənləşdirilməsi prosesilə əlaqəli və aktual deyil”.

Xatırladaq ki, erməni sosial media istifadəçisi Tofiq Zülfüqarovun sözügedən paylaşımına rəy yazıb. Şərhlərin bir çoxunda onlar guya 1918-ci ildən öncə Azərbaycan adlı subyektin olmadığını və Azərbaycanın tarixinin məhz 20-ci əsrin əvvəllərindən etibarən başladığını iddia edib. T.Zülfüqarov və bir sıra azərbaycanlı istifadəçilər isə tarixi faktlar və rəsmi sənədlərlə qeyd edilən fikirlərin əsassız olduğunu sübut edib.

Sabiq nazirin sovet dövründə Azərbaycandan qoparılıb Ermənistanın yurisdiksiyasına verilən ərazilərlə bağlı yazdığı öncəki paylaşım da “Facebook”un erməni seqmenti tərəfindən ciddi reaksiyalara səbəb olmuşdu.

Oxşarxəbərlər

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

26/06/2026 00:21
53
“Salam, əsgər!” – Video
CƏMİYYƏT

“Salam, əsgər!” – Video

25/06/2026 23:25
54
Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ
CƏMİYYƏT

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

25/06/2026 21:47
56
Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR
CƏMİYYƏT

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25/06/2026 21:47
55
Zibilə atılan o əşya evdə möcüzə yaradır
CƏMİYYƏT

Zibilə atılan o əşya evdə möcüzə yaradır

25/06/2026 21:29
56
Evinin çıxarışı olmayan şəxslərə ŞAD XƏBƏR
CƏMİYYƏT

Evinin çıxarışı olmayan şəxslərə ŞAD XƏBƏR

25/06/2026 20:23
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Şanlı tarixdən Zəfərə gedən yol

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Şanlı tarixdən Zəfərə gedən yol

26/06/2026 08:07
50
Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

26/06/2026 00:21
53
“Salam, əsgər!” – Video

“Salam, əsgər!” – Video

25/06/2026 23:25
54
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

25/06/2026 23:19
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
71

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
53

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.