Bu gün səhər saatlarında Tərtərdən Yevlaxa toya gedən bir ailə qəzaya düşüb.
Gündəm24.az xəbər verir ki, hadisə Yevlax rayonunun Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsindəki dairəvi yolda baş verib.
Belə ki, Bərdə istiqamətindən hərəkət edən “VAZ-21099” markalı avtomobil “DAF” markalı “KamAZ”la toqquşub.
Qəza nəticəsində “VAZ-21099” markalı avtomobildəki sərnişinlərdən biri Fitat Kərimova yaralanıb.
O, dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib./bizim.media
















