Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ – Bu qayda dəyişəcək

24/09/2026 12:01
CƏMİYYƏT
773 58
Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ – Bu qayda dəyişəcək
688
Paylaşım sayı
955
Baxış sayı

Son günlərdən etibarən ölkədə keçirilən toy mərasimləri ilə bağlı 120 nəfərlik limitin tətbiq olunacağı barədə müxtəlif məlumatlar sürətlə yayılmağa başlayıb. Bu xəbərlər xüsusilə yaxın günlərdə evlənməyə hazırlaşan, toy planlaşdıran gənclər və onların valideynləri arasında ciddi suallar doğurub, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Cəmiyyəti narahat edən əsas məqamlardan biri sözügedən məhdudiyyətin hansı hüquqi və ya inzibati əsasla tətbiq ediləcəyi, ölkədəki bütün şadlıq saraylarına şamil olunub-olunmayacağı və əvvəlcədən təşkil edilən mərasimlərə necə təsir göstərəcəyidir. Məsələyə aydınlıq gətirmək məqsədilə paytaxtda fəaliyyət göstərən bir neçə məşhur şadlıq sarayı ilə əlaqə saxlanılıb. “Altun Saray”dan bildirilib ki, hər nə qədər cəmiyyətdə 120 nəfərlik limitlə bağlı müəyyən şayiələr dolaşsa da, hazırda onlarda belə bir məhdudiyyət tətbiq edilmir. Eyni mövqeyi səsləndirən “Xan Saray” da mərasimlərin əvvəlki qaydada, heç bir say məhdudiyyəti olmadan, istənilən qonaq sayı ilə həyata keçirildiyini təsdiqləyib. “Absheron Palace”dan da bildirilib ki, hazırkı dönəmdə toy məclislərində hər hansı 120 nəfərlik limit qüvvədə deyil. Bütün bunlarla yanaşı, cəmiyyətdə başqa bir sual da aktual olaraq qalır: ümumiyyətlə, şadlıq saraylarında keçirilən toy mərasimləri üçün belə bir məhdudiyyətə ehtiyac varmı və bu, 300-400 nəfərlik böyük məclislərə külli miqdarda pul xərcləyən vətəndaşlar üçün müəyyən mənada qənaət imkanı yarada bilərmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Elçin Cəfərov qeyd edib ki, toy mərasimlərində qonaq sayının məhdudlaşdırılması məsələsi həm sosial, həm də iqtisadi müstəvidə kompleks yanaşma tələb edən həssas mövzudur: “Azərbaycan cəmiyyətində toy adət-ənənələri çox güclü sosial institutdur və uzun illərdir ki, böyük kollektivlərlə, yüzlərlə qonağın iştirakı ilə qeyd olunması bir növ yazılmamış qanuna çevrilib. Lakin son illərdə artan iqtisadi xərclər, inflyasiya və şadlıq saraylarındakı qiymət artımları fonunda minlərlə manat borca girərək 300-400 nəfərlik toy edən gənclərin ailə həyatının ilk illərində ciddi maliyyə böhranı ilə üzləşməsi danılmaz faktdır. Əgər 120 nəfərlik kimi daha kompakt formatlar tətbiq olunarsa, bu, ilk növbədə gənc ailələrin büdcəsinə ciddi qənaət edər, onları ağır kredit yüklərindən xilas edər”.

Onun sözlərinə görə, bu cür limitlərin inzibati qaydada deyil, daha çox sosial şüurun və iqtisadi reallıqların təsiri ilə formalaşması daha məqsədəuyğundur: “Cəmiyyətimizdə tədricən dəbdəbəli və israfçılıqla müşayiət olunan ənənəvi toylardan daha modest, yaxın əhatənin qatıldığı yığcam məclislərə doğru psixoloji keçid hiss olunmaqdadır. İnsanlar başa düşürlər ki, toyun böyüklüyü ailənin xoşbəxtliyinin təminatçısı deyil. Əgər belə məhdudiyyətlər və ya tövsiyələr tətbiq olunarsa, bu, toy sahibləri üçün həm maliyyə baxımından böyük rahatlıq olar, həm də mərasimlərin mahiyyətini daha səmimi və mənalı müstəviyə daşıyar”.

Oxşarxəbərlər

Meyvə-tərəvəzə yeni nəzarət gəlir – Qiymətlər qalxacaq?
CƏMİYYƏT

Meyvə-tərəvəzə yeni nəzarət gəlir – Qiymətlər qalxacaq?

24/09/2026 14:07
959
“Makler evləri” ilə bağlı VACİB XƏBƏR
CƏMİYYƏT

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

24/09/2026 13:57
960
Bu rayonda 44 Yaşlı Qadın Evində Yandı
Manşet

Bu rayonda 44 Yaşlı Qadın Evində Yandı

24/09/2026 13:55
970
Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?
CƏMİYYƏT

Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?

24/09/2026 13:54
954
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
CƏMİYYƏT

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

24/09/2026 12:30
955
Dərman alarkən BUNU bilməlisiniz – Apteklərdə qiymətlərlə bağlı MÜHÜM AÇIQLAMA
CƏMİYYƏT

Dərman alarkən BUNU bilməlisiniz – Apteklərdə qiymətlərlə bağlı MÜHÜM AÇIQLAMA

24/09/2026 12:21
964

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ərdoğan Zelenskiyə xəbərdarlıq etdi

Ərdoğan Zelenskiyə xəbərdarlıq etdi

24/09/2026 15:22
953
Moskva DƏHŞƏT YAŞADI-BOMBALAR…

Moskva DƏHŞƏT YAŞADI-BOMBALAR…

24/09/2026 15:03
951
İrəvandakı görüş TƏXİRƏ SALINDI – Simonyandan Bakının qərarına REAKSİYA

İrəvandakı görüş TƏXİRƏ SALINDI – Simonyandan Bakının qərarına REAKSİYA

24/09/2026 14:17
953
Rəşad Dağlı ilə bağlı xoşagəlməz məlumat yayıldı – FOTO

Rəşad Dağlı ilə bağlı xoşagəlməz məlumat yayıldı – FOTO

24/09/2026 14:17
963

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
961

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.