Şəki rayonunun Cəyirli kəndi ərazisində yol qəzası baş verib.
Gündəm24.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Oğuz rayon sakini 36 yaşlı Firqət Haşimovun idarə etdiyi “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində F. Haşimov, onun avtomobildə olan qızı – 2024-cü il təvəllüdlü A.Haşimova və 1987-ci il təvəllüdlü Nərmin Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.














