Ölkə.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Nəşrin yazdığına görə, bu həftə ABŞ Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verməyə razılıq verməsi və Trampın Zelenskini açıq şəkildə tərifləməsi Kremldə ciddi narahatçılığa səbəb olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva yeni razılaşmaları gərginlik hesab etmir, lakin Vaşinqtonun yanaşmasını “səhv” adlandırıb. O, Ukraynaya artan hərbi dəstəyin sülh yolu ilə həllinə töhfə verməyəcəyini, yalnız Rusiyanı sözdə “bufer zonası”nı genişləndirməyə məcbur edəcəyini iddia edib.
Peskov Kremlin diplomatik razılaşmaya və Putinlə Tramp arasında yeni telefon danışığına açıq olduğunu bir daha təkrarladı. Bununla belə, Moskva Kiyevin prezidentlər arasında şəxsi görüş və tam atəşkəs təkliflərini rədd etməyə davam edir.














