Türkiyənin ticarət naziri Ömər Bolat ölkənin logistika prioritetləri ilə bağlı danışıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, nazir digər məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin açılmasına da toxunub.
“Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi istiqamətində atılan addımlar mühüm önəm daşıyır. Bu, qlobal ticarətdə mövqeyimizi gücləndirir”, – o qeyd edib.
Mərkəzi Asiyaya hazırkı ixrac marşrutlarına toxunan nazir Sarp sərhəd-keçid məntəqəsindən (Gürcüstan istiqamətində – red.) təxminən 950 kilometr məsafə qət etdiklərini bildirib. O deyib ki, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyə ilə Azərbaycan arasındakı yol məsafəsi 400 kilometrə enəcək.
Nazir həmçinin iddia edib ki, beləliklə, Çin-Avropa xəttində tranzit müddəti 5-7 gün, xərclər isə 15-20% azalacaq.
“Uzunmüddətli perspektivdə Zəngəzur regional etimad yaradan sülh layihəsinə çevriləcək”, – Ö.Bolat vurğulayıb.












