Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytara bilər. Buna səbəb rəsmi Ankaranın ABŞilə münasibətləri normallaşdırmaq və Amerikanın F-35 qırıcı təyyarələrini əldə etmək istəyidir.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik öz mənbələrinə istinadən yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı S-400 məsələsini gündəmə gətirib. Bu mövzu iki ölkə rəsmiləri arasında əvvəllər də müzakirə olunub.
Bildirilir ki, Ankara təxminən on il əvvəl Rusiyadan aldığı zenit-raket sistemlərinin qaytarılması yolu ilə ABŞ və NATO üzvləri ilə münasibətlərdə yaranan gərginliyi aradan qaldırmağa çalışır.
Türkiyə hakimiyyətinin fikrincə, bu addım ölkənin F-35 proqramında iştirakının bərpasına və Amerika istehsalı olan qırıcı təyyarələrin alınmasına imkan yarada bilər.
Amerikalı jurnalistlərin yazdığına görə, S-400 məsələsi və Türkiyənin F-35 proqramına qayıtmaq istəyi sentyabr ayında Ərdoğanın ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşdə də müzakirə olunub.












