Danimarkanın şimalında iki qatarın toqquşması nəticəsində 5-10 nəfər xəsarət alıb. Hadisə yerinə çoxsaylı təcili yardım xidmətləri göndərilib.
Gündəm24.az xəbər verir ki, Reuters agentliyinin verdiyi məlumata görə, Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında iki qatarın toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisə Hillerød və Kagerup arasındakı dəmir yolu xəttində baş verib və iki yerli qatarın qarşı-qarşıya gəldiyi bildirilir.
Qəzadan dərhal sonra bütün sərnişinlər qatarlardan təxliyə olunub, içəridə heç kimin qalmadığı açıqlanıb. İlkin məlumatlara görə, yaralıların sayı 5-10 nəfər arasında dəyişir və hadisə yerinə çoxsaylı xilasetmə qrupları cəlb edilib.
Hadisənin səbəbləri hələlik məlum deyil və məsələ ilə bağlı araşdırma aparılır.
Sədaqət Həsənova













