Cümə, Aprel 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
Gündəm
45 2
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
59
Baxış sayı
Tanınmış televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə mediaya sərt etiraz edib.
Gündəm24.az  xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında paylaşım edərək müsahibələrinin təhrif olunmasına kəskin reaksiya bildirib.
Həmin paylaşımı təqdim edirik:
44 il efirdə olmaq mənim üçün sadəcə peşə deyil , bu, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar deməkdir. Mən bu yolu addım-addım, davranışımla, çıxışlarımla, prinsiplərimlə qurmuşam. Heç vaxt ucuz sensasiya arxasınca qaçmamışam, heç vaxt reytinq naminə öz sözümü ucuzlaşdırmamışam.
Amma təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı tərəfdə görmək olmur. Yenə tələsik alınan bir müsahibə, yenə razılaşdırılmadan seçilən başlıq, yenə mənə aid olmayan ifadələr… “Şişmə dodaqla aparıcılıq olmur” “Nailə İslamzadədən tikanlı sözlər” bu ifadəni jurnalist özü işlədib, mən isə özümə yaraşan formada cavab vermişəm. Amma oxucuya elə təqdim olunur ki, guya bu fikrin müəllifi mənəm. Qısa müsahibədə bir neçə yerdə fikirlərim doğru çatdırılmayıb.
Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir?
Bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ifadə edir. Elə buna görə də başqasının sözünü dəyişmək, ona aid olmayan fikri onun adına yazmaq yolverilməzdir.
Bu, sadəcə mətni yox, insanın özünü təhrif etməkdir.
Bu, sadəcə yanlış deyil, bu, məsuliyyətsizlikdir.
Mən çoxdan müsahibələrdən qaçmağa başlamışam. Çünki bilirəm: əgər suallara cavab verib, müsahibəni özüm yazmasam, böyük ehtimalla yenə sözlərim təhrif olunacaq, yenə mənə yaraşmayan başlıqlar seçiləcək və nəticədə mən əsəbiləşəcəyəm. Bu, normal deyil. Jurnalistin işi müsahibini təhrif etmək yox, onu olduğu kimi təqdim etməkdir.
Paradoks ondadır ki, ucuz reytinq dalınca qaçan verilişlər tənqid olunur, amma eyni yanaşma çox vaxt yazılı mediada da tətbiq edilir. Sual verirəm: bu nə dərəcədə doğrudur?
Oxucunun diqqətini çəkmək üçün hər vasitə məqbuldurmu?
Bəs peşə etikası, bəs sözün çəkisi?
Mən yaxşı bilirəm ki, bu sözlərim hər kəsə aid deyil. Həqiqətən sanballı, savadlı, sözə hörmət edən jurnalistlərimiz var və onlar özlərini tanıyırlar. Mənim iradım məhz məsuliyyətsiz yanaşmaya, ucuz effekt xatirinə həqiqətin dəyişdirilməsinədir.
Bu səbəbdən açıq şəkildə bildirmək istəyirəm: əgər mənim sözümə, fikrimə, adımı daşıyan müsahibəyə hörmət olunmayacaqsa, bundan sonra mənimlə müsahibə almaq üçün müraciət edilməsin. Çünki, söz mənim üçün sadəcə cümlə deyil, bu, mənim illərlə qoruduğum dəyərdir.
BakuPost
Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də münasibət bildirib. O, Nailə İslamzadəyə dəstək verərək qeyd edib:
Əziz Nailə xanım!
Narahatlığınızı qəbul edirəm.
Təəssüf ki, sosial mediadakı məsuliyyətsizlik bəzən ciddi, peşəkar mediaya da sirayət edir. İP qazanmaq naminə etik prinsipləri ikinci plana keçirtmək ciddi medianın nüfuzuna zərbə vurur.
Sizin mediadakı uzun illərə dayanan təmkinli, rəğbət doğuran fəaliyyətinizə belə hallar, ucuz şou axtarışları xələl gətirə bilməz. Siz öz jurnalist fəaliyyətinizlə tamaşaçı, oxucu yaddaşında sanballı yerinizi çoxdan qazanmısız!
Ötəri yellərə fikir verməyin!

Oxşarxəbərlər

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
54
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
53
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
56
TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO
Gündəm

TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO

23/04/2026 21:05
55
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Gündəm

Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu

23/04/2026 15:50
68
Rəşad Məcidlə Balakişi Qasımov “Qarabağ”a görə “atışdı” – Foto
Gündəm

Rəşad Məcidlə Balakişi Qasımov “Qarabağ”a görə “atışdı” – Foto

23/04/2026 14:01
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi – SƏRƏNCAM

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi – SƏRƏNCAM

24/04/2026 12:08
50
Yayda bu meyvələrin qiyməti kəskin artacaq

Yayda bu meyvələrin qiyməti kəskin artacaq

24/04/2026 11:54
50
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

TƏBİB-də kimlər getdi, kimlər qaldı?

24/04/2026 11:52
50
Nəriman Həsənzadədən xəbər var – “Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir”

Nəriman Həsənzadədən xəbər var – “Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir”

24/04/2026 11:40
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
66

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
75

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.