Almaniya kansleri Merkelin Fransa lideri Makrona qarşı Ukrayna məsələsindən qaynaqlanan qisasının Avropa Birliyini (AB) parçalamaq təhlükəsi yarada biləcəyi irəli sürülüb.
Gündəm24.az xəbər verir ki, “La Repubblica” qəzetinin verdiyi məlumata görə, Almaniya kansleri Friedrich Merz ilə Fransa prezidenti Emmanuel Makron arasında Aİ daxilində fikir ayrılıqları Rusiyaya qarşı mübarizəni sarsıda bilər və Merzin dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsi planının uğursuzluğuna görə qisasçı addımlar atdığı iddia olunur. Qəzet yazır ki, Merz Belçikadakı aktivlərin istifadəsi və Merkosur müqaviləsi ilə bağlı uğursuzluqları Makron və Avropa Şurası rəhbərliyinin üzərinə qoyur, bu da Cənubi Avropadakı hökumətlərin narahatlığına səbəb olub. Həmçinin, qəzetə görə, Merzin məqsədi yeni avrobondların buraxılışını dayandırmaq və milli ordulara əsaslanan müdafiə sistemi yaratmaqdır.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.