Mənbələrdən birinə görə, Ukraynanın müttəfiqləri ABŞ ilə təhlükəsizlik barədə razılığa gəlindikdən sonra Rusiyanın iştirakını tələb edəcəklər.
Gündəm24.az xəbər verir ki, Bloomberg mənbələrə istinadən bildirir ki, Avropa İttifaqı liderləri və ABŞ rəsmiləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanı tamamlamanı hədəfləyirlər. Məlumata görə, çərşənbə axşamı Parisdə ABŞ prezidentinin elçiləri Stiven Vitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilən görüş Vaşinqtonun təkliflərinin “Könüllülər Koalisiyası”nın planlarına inteqrasiyasına fokuslanıb.
Agentliyin yazdığına görə, nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinə müharibədən sonrakı dövrdə Ukraynada ABŞ qoşunlarının iştirakı, eləcə də atəşkəsə nəzarət prosesində ABŞ-ın kəşfiyyat məlumatları ilə dəstək verməsi daxildir. Mənbələrdən biri bildirib ki, Ukraynanın müttəfiqləri ABŞ-la razılıq əldə olunduqdan sonra prosesə Rusiyanın da cəlb edilməsini tələb edəcəklər.
Qeyd edək ki, daha əvvəl TF1 telekanalı ABŞ nümayəndələrinin Paris və Londonun təşəbbüsü ilə yaradılan “Könüllülər” koalisiyasının iclasında ilk dəfə şəxsən iştirak edəcəyini bildirmişdi. Görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Keir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliya Baş naziri Corcio Meloni, Kanada Baş naziri Mark Karni və Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edəcək.
Sədaqət Həsənova













