Hazırda hadisə yerində təcili yardım briqadaları işləyir.
Gündəm24.az TASS-a istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Kurskın Seymski rayonundakı avtomobil servis mərkəzinə PUA-larla hücum edib. Nəticədə 25 yaşlı işçi həlak olub, üç kişi isə qəlpə yarası alıb və Kursk regional xəstəxanasına yerləşdirilib. Hücum nəticəsində 20-dən çox avtomobilə ziyan dəyib, döyüş mühəndisləri hadisə yerini minalardan təmizləyib.
Rostov vilayətinin Taqanroq şəhərində isə raket qalıqlarının çoxmənzilli binaya düşməsi nəticəsində balkon qismən dağılıb; ilkin məlumata görə, mənzildə qadın olub. Təcili yardım işçiləri hadisə yerində fəaliyyət göstərir.
Bundan əlavə, Tatarıstan, Çuvaşiya, Samara, Udmurtiya, Orenburq və Başqırdıstan vilayətlərində raket təhlükəsi elan edilib. Almetyevskdə ictimai nəqliyyatda məhdudiyyətlər, Çeboksaridə isə məktəblərdə dərslərin və əlavə təhsil fəaliyyətlərinin dayandırılması tətbiq olunub. Sakinlərə pəncərələrdən uzaq durmaq tövsiyə edilib.
Sədaqət Həsənova












