Gündəm24.az Sputnik Türkiye-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna və Donbassda davam edən xüsusi hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb. Nazirliyin bildirməsinə görə, “Şimal” Hərbi Qrupunun bölmələri Xarkov vilayətindəki Neskuçnoye yaşayış məntəqəsinin tam nəzarətini ələ keçirib, “Şərq” Hərbi Qrupunun bölmələri isə Zaporojye vilayətindəki Qorkoye yaşayış məntəqəsini tutaraq düşmənin müdafiəsini dərinlikdə sındırıb.
Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində 1 330 Ukrayna əsgəri zərərsizləşdirilib, 31 zirehli döyüş maşını, o cümlədən tanklar məhv edilib. Taktiki təyyarələr, dronlar, raket və artilleriya bölmələri Ukrayna silah sənayesini təmin edən enerji obyektlərinə, dron bazalarına və 149 müvəqqəti yerləşdirmə məntəqəsinə zərbələr endirib.
Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna ordusuna aid 8 idarə olunan zenit bombasını, 10 ABŞ istehsalı HIMARS raketini, bir uzaqmənzilli Flamingo qanadlı raketini və 315 təyyarə tipli dronu vuraraq məhv edib.
Sədaqət Həsənova













