Gecə saatlarında Ukraynaya aid 99 pilotsuz təyyarə Rusiya əraziləri üzərində vurulub. Onlardan 29-u Belqorod bölgəsi səmasında məhv edilib ki, bu da hücumun əsas istiqamətlərindən birinin həmin ərazi olduğunu göstərir.
Gündəm24.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, bir gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 99 Ukrayna dronunu tutaraq məhv edib. Onlardan 29-u Belqorod, 12-si Kursk, hər biri 4-ər ədəd Rostov və Həştərxan, 2-si Krım üzərində vurulub; həmçinin Qara dənizdə 47, Azov dənizində 1 dron məhv edilib. Bu əməliyyat, Rusiya sərhədləri və strateji bölgələrdə hava təhlükəsizliyinin güclü şəkildə qorunduğunu göstərir.
Sədaqət Həsənova














