Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ukraynaya inanılmaz xəyanət: Zelenski razılaşsa, dünya müharibəsi olacaq

22/11/2025 15:37
Dünya, Manşet
52 0
Ukraynaya inanılmaz xəyanət: Zelenski razılaşsa, dünya müharibəsi olacaq
66
Baxış sayı

Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Qərbdə hərbi yardımın artırılmasının və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Kiyevə qələbə qazandıracağına dair təkliflər ciddi müzakirə edilir. Lakin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu mövqenin reallıqdan uzaq olduğunu bildirərək, münaqişənin yalnız resursların artırılması ilə həll olunacağına dair təsəvvürləri “illüziya” adlandırıb.

Vensin sözlərinə görə, ABŞ-da Prezident Donald Tramp administrasiyasının hazırladığı qalmaqallı 28 maddəlik sülh planına yönələn ittihamların əksəriyyəti ya təhrif olunmuş təsəvvürlərdən, ya da faktların yanlış interpretasiyasından qaynaqlanır.

Vaşinqton Ukrayna münaqişəsini bitirmək üçün nə kimi yeni vasitələrə əl atmaq niyyətindədir?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ Prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəldiyi ilk anlardan bu müharibəni bitirməyə çalışır:

“Trampın bu hədəfinin bir neçə səbəbi var. Birinsisi, ABŞ müharibəni dayandırdıqdan sonra Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək istəyir. İkincisi, Tramp Ukraynaya investisiya qoymaq niyyətindədir. Üçüncüsü, Vaşinqton Şərqi Avropadakı müharibənin başa çatmasının ardınca diqqətini Çinlə münasibətlərə və Yaxın Şərqə yönəldəcək.

Ancaq vəziyyət heç də Trampın düşündüyü kimi sadə deyilmiş. Bunu o, özü də başa anlayır.  Məsələ burasındadır ki, Şərqi Avropadakı müharibənin bitməsinə mane olan iki əsas məqam var. Bunlardan birinci, Avropa və ABŞ-ın müharibə ilə bağlı fərqli siyasətidir. İkincisi isə Rusiya və Ukraynanın kompromisə getməyə hazır olmamasıdır.

Belə ki, Avropa ABŞ-dən fərqli olaraq müharibənin bitməsini istəmir. Bunun əsas səbəblərindən biri odur ki, Avropa paytaxları hələ də Rusiyanı özünə təhdi olaraq görür, eyni zamanda Ukraynaya silah satmaqla pul qazanırlar. Buna görə də, müharibənin davam etməsinə çalışırlar”.

Ukraynaya inanılmaz xəyanət: Zelenski razılaşsa, dünya müharibəsi olacaq
Kənan Novruzov

Siyasi şərhçi bildirib ki, Avropa Ukraynanı silahlandırır və onu müharibəni davam etdirməyə sövq edir:

“Rəsmi Kiyev buna qarşı çıxarsa, Avropa ölkəni silah yardımını dayandırmaqla şantaj edəcək. Odur ki, Ukrayna müharibəni davam etdirməklə Rusiyanın adekvat davranmasına şərait yaradır. Bu isə ABŞ-ın planlarına, məqsədlərinə uyğun deyil.

Hazırda Moskva və Kiyevin mövqeləri bir-birindən uzaqdır. Rusiya maksimalist davranır və hətta tam nəzarət etmədiyi əraziləri də isətyir. Ukrayna isə güzəştə getmək barədə düşünmür. Çünki bu, Prezident Volodimir Zelenski hakimiyyətinin sonu deməkdir. Belə bir vəziyyətdə üfüqdə sülh görünməməsi tam təbiidir.

Digər tərəfdən, ABŞ-ın hazırkı sülh planı Avropanı narahat etməyə başlayıb. Ona görə də Avropa ölkələri Kiyevə təzyiqi artırırlar. Vensin dediklərindən də aydın olur ki, sülh planı Ukrayna üçün qələbə vəd etmir. Ümumiyyətlə, daha Kiyev üçün tam mənasında qalibiyyətdən söhbət gedə bilməz. Hərçənd, Rusiyanın da işi asan deyil.

İndi Ukrayna ya ABŞ-ın sülh planına razı olmalı, ya da Vaşinqtonun dəstəyindən məhrum qalmalıdır. Tramp Ukraynanı təhdid edir. Zelenski də deyib ki, iki yol var. Düşünürəm ki, Ukrayna lideri ABŞ prezidentinin təklifi ilə razılaşacaq. Hərçənd Avropa son anda prosesə müdaxilə edib, Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb olan addım da ata bilər. Sülh planının reallaşacağı təqdirdə isə Zelenskinin istefası məsələsi gündəmə gələcək”.

Oxşarxəbərlər

İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı
Manşet

İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

26/02/2026 21:18
56
“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”
CƏMİYYƏT

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

26/02/2026 19:52
56
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət etdi
CƏMİYYƏT

Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət etdi

26/02/2026 19:19
55
“İradəmizə qarşı çıxanın başı əziləcək” – Prezident
Manşet

“İradəmizə qarşı çıxanın başı əziləcək” – Prezident

26/02/2026 18:56
56
Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi – VİDEO
Manşet

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi – VİDEO

26/02/2026 17:00
58
Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə
Dünya

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

Saleh Məmmədovun fəaliyyəti araşdırılır: Qızılı kilo ilə alırmış – ŞOK İDDİA

26/02/2026 22:16
66
KMBİ tələbələrin fotolarını yayan şəxsi saxladı

KMBİ tələbələrin fotolarını yayan şəxsi saxladı

26/02/2026 21:40
60
İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşıldı

26/02/2026 21:18
56
Xocalıya aid həmin FOTONUN sirri açıldı: şəkildəkilər kimlərdir?

Xocalıya aid həmin FOTONUN sirri açıldı: şəkildəkilər kimlərdir?

26/02/2026 20:48
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
61

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

26/02/2026 14:00
53

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

26/02/2026 13:57
55

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

26/02/2026 13:46
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In