Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri davam edir

01/12/2025 19:52
Hadisə
47 0
Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri davam edir
60
Baxış sayı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 1-də davam etdirilib.

Gündəm24.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Səbuhi Tağıyevin hüquqi varisi Sərdar Tağıyev qardaşının Laçında düşmən atəşi nəticəsində həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Zəka Vəliyev qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində Allahverdi Səfiyev və Elnur Kərimov həlak olub, o və Rəsul Ağayev isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Vahid Alcanov bildirib ki, düşmənin genişmiqyaslı təxribatı nəticəsində Laçın rayonu ərazisinə atılan minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, o və daha bir neçə şəxs yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Elgün İsmayılov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən avtomat silahlardan açılan atəşlər nəticəsində o və Səfər Hüseynquliyev xəsarət alıblar.

Zərərçəkən Bəxtiyar Hüseynov bildirib ki, Kəlbəcər rayonu istiqamətində düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığında partlaması nəticəsində xəsarət alıb. Təxribat zamanı ondan başqa yaralananlar da olub.

Zərərçəkmiş Nüsrət Orucov qeyd edib ki, Kəlbəcərdə düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığına düşüb partlaması nəticəsində çiynindən yaralanıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Cavid Xosiyev bildirib ki, Ağdam-Xocalı istiqamətində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Cavad Quliyev müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Nihad Seyidzadə vurğulayıb ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Murad Hüseynov və Rəvan Ağazadə müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkmiş Bəylər Kərimov ifadəsində Ağdam-Xocalı istiqamətində düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Oxşarxəbərlər

Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar – Video
Hadisə

Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar – Video

27/06/2026 15:42
50
9-cu sinif şagirdi vəfat etdi
Hadisə

9-cu sinif şagirdi vəfat etdi

27/06/2026 14:20
52
Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video
Hadisə

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video

27/06/2026 14:00
55
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı
Hadisə

Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı

27/06/2026 13:00
53
Dərnəgül yolunda dəhşətli hadisə – Video
Hadisə

Dərnəgül yolunda dəhşətli hadisə – Video

27/06/2026 12:37
54
Azərbaycanda FACİƏ: Ev KÜLƏ DÖNDÜ
Hadisə

Azərbaycanda FACİƏ: Ev KÜLƏ DÖNDÜ

27/06/2026 12:23
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

27/06/2026 17:05
50
TƏCİLİ! Tehrana zərbələr endirildi

TƏCİLİ! Tehrana zərbələr endirildi

27/06/2026 16:34
50
Bakıda motosikletçilərə qarşı REYD – VİDEO

Bakıda motosikletçilərə qarşı REYD – VİDEO

27/06/2026 16:19
50
64 yaşlı kişi hərbi xidmətə çağırıldı

64 yaşlı kişi hərbi xidmətə çağırıldı

27/06/2026 15:50
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
54

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.