Venesuelanın səlahiyyətli prezidenti bildirib ki, bu məqsədlə milli komitə yaradılacaq.
Gündəm24.az xəbər verir ki, Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigez ölkənin iqtisadi hüquqlarını qorumaq və milli istehsalı gücləndirmək üçün yeni iqtisadi planlarını açıqlayıb. O deyib ki, neft, kənd təsərrüfatı, sənaye, ticarət və bankçılıqda dövlətlə özəl sektor birlikdə işləyərək iqtisadiyyatın 14 əsas sahəsini inkişaf etdirəcək, strateji idxal əvəzetməsi həyata keçiriləcək və neft satışından gələn gəlirlər valyuta bazarını canlandırmaq üçün banklara yönəldiləcək. Rodrigez həmçinin bildirib ki, Venesuela ABŞ ilə enerji və iqtisadi əməkdaşlıqdan çəkinmir, bu addımların ölkənin iqtisadi bərpası üçün vacib olduğunu vurğulayıb.
Bununla yanaşı, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib və Prezident Nicolás Maduro ilə həyat yoldaşı Cilia Floresi ələ keçirərək ABŞ‑a aparıb, bu, ölkədə siyasi böhranı daha da dərinləşdirib və regional gərginliyi artırıb.
Sədaqət Həsənova














