ABŞ neft şirkətləri uzun müddətdir Venesueladakı aktivlərini geri almaq istəyir və Donald Tramp administrasiyası bunu yalnız böyük sərmayə yatırma şərti ilə mümkün edir.
Gündəm24.az xəbər verir ki, ABŞ administrasiyası neft şirkətlərinə bildirib ki, Venesuelada müsadirə edilmiş aktivlərə görə kompensasiya yalnız ölkənin neft sənayesinə böyük sərmayə yatırılacağı halda mümkün olacaq. Politico yazır ki, bu şərt son həftələrdə birbaşa şirkət rəhbərlərinə çatdırılıb.
Məlumata görə, Vaşinqton Venesuelaya qayıtmaq və neft infrastrukturunun bərpasına ciddi vəsait ayırmaq istəyən şirkətlərə dəstək vəd edir. Şirkətlər isə təhlükəsizlik riskləri, siyasi qeyri-müəyyənlik və investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlarını gizlətmirlər.
Yanvarın 3-də Donald Tramp ABŞ-ın Karakasdan kompensasiya alacağını və bunun müqabilində neft sektorunun bərpasına sərmayə qoyulacağını açıqlayıb. Həmin gün Venesuelada fövqəladə vəziyyət elan edilib, Nikolas Maduro və həyat yoldaşının saxlanılması beynəlxalq reaksiyalara, o cümlədən Rusiyanın sərt etirazına səbəb olub.
Sədaqət Həsənova













