“SOCAR Petroleum” QSC-də yeni təyinat baş tutub.
Əfqan Noçuyev QSC-nin İnsan resursları departamentinin Əmək münasibətlərinin idarəedilməsi şöbəsinin müdiri təyin edilib.
O, yeni təyinatadək Təhlükəsizlik departamentində baş mütəxəssis vəzifəsində çalışıb. 2023-cü ildən QSC-də işə başlayan Noçuyev əvvəllər Daxili nəzarət və monitorinq şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.
O, 2015-2023-cü illərdə İqtisadiyyat Nazirliyində, 2012-2015-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışıb.
Qeyd edək ki, Ə.Noçuyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin qardaşıdır.














