Yanvarın 31-də 73 yaşı tamam olan Sergey İvanov bu vəzifəni 2016-cı ilin avqustundan bəri tuturdu.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib. 4 fevral tarixli fərmana əsasən, 2016-cı ildən bu postu tutan İvanov artıq bu vəzifədə olmayacaq. O, bundan əvvəl baş nazirin birinci müavini, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi kimi yüksək vəzifələrdə çalışıb.
Sədaqət Həsənova














