İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilir.
Gündəm24.az “Fox News”a istinadla xəbər verir ki, müraciətin ABŞ və İsrailin başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) və “Lion’s Roar” (Şirin nəriltisi) əməliyyatlarına cavab olaraq ediləcəyi bildirilir.
Nəşrin mənbələrinə görə, hücumların əsas hədəflərindən biri İran parlamenti ( İslam Şurası Məclisi) və Ali Liderin iqamətgahı olub. İsrail ordusunun Ali Liderin yaşadığı əraziyə bir neçə dəqiq zərbə endirdiyi təsdiqlənib.













