Mariya Zaxarova bildirib ki, “Kiyevdəki cinayətkar rejim bütün bunlara – ilk növbədə uşaqların qətllərinə görə çox pul ödəyən birbaşa sponsorları tərəfindən nümayişkaranə şəkildə dəstəklənməyə və qorunmağa davam edir”.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Epşteynin sənədləri Qərb elitasının uşaqlara münasibətini və Kiyev rejiminin arxasında kimin dayandığını göstərir. O qeyd edib ki, “Kiyevdəki cinayətkar rejim uşaqların qətllərinə görə pul ödəyən sponsorları tərəfindən açıq şəkildə dəstəklənir və qorunur. İndi biz video və foto materiallar vasitəsilə Qərb elitasının uşaqlara münasibətini görə bilirik.”
Zaxarova əlavə edib ki, bu şəxslər Kiyev rejiminə uşaqları və mülki şəxsləri öldürmək üçün külli miqdarda vəsait verirlər.
Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında saxlanılıb və 2002–2005-ci illərdə Manhettendə evinə onlarla azyaşlı qızın gəlməsini təşkil etməkdə ittiham olunub. Onun tanışları arasında ABŞ-dan və digər ölkələrdən dövlət başçıları, iri sahibkarlar və məşhurlar – o cümlədən Bill Klinton, Donald Tramp və Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzor – var idi. Cinayət təqibi Epşteynin 2019-cu ilin avqustunda intihar etməsindən sonra dayandırılıb.
Sədaqət Həsənova














