Abşeron rayonu Xırdalan şəhərində velosiped sürən uşaq qəfil avtomobilin qarşısına çıxıb.
Gündəm24.az xəbər verir ki, hadisənin görüntülərini avtomobilin sürücüsü paylaşıb.
Bildirilib ki, səkidə velosiped sürən uşaq qəfil yolun hərəkət hissəsinə çıxıb və özünü itərərək yıxılıb. Avtomobil sürücüsünün dərhal reaksiya verməsi nəticəsində ağır hadisənin qarşısını almaq mümkün olub.














