Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xocalı qatillərinin rüsvayçı aqibəti… – FOTOLAR

26/02/2026 13:49
Gündəm
47 0
Xocalı qatillərinin rüsvayçı aqibəti… – FOTOLAR
60
Baxış sayı

Artıq Xocalı faciəsindən 34 il ötür. 1992-ci ilin fevral ayının 25-dən 26-na Ermənistan Ordusu və Qarabağ separatçılarının silahlı birləşmələri dünyanın gözü qarşısında əliyalın, günahsız insanları qətlə yetirdilər. Qadın, uşaq, qoca demədən xüsusi qəddarlıq və amansızlıqla törədilən hadisə XX əsrin ən dəhşətli faciələrindən biri sayılır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən bəzilərinin taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımını törədənlər nəinki peşman oldular, əksinə qürurlandılar, sevindilər. Bu isə onların cılızlığını göstərirdi. Çünki onlar cavab verə biləcək, müqavimət göstərə biləcək insanları deyil, əliyalın qoca, qadın və uşaqları hədəfə almışdılar.

Lakin belə bir deyim var: İlahi ədalət gecikər, amma heç vaxt yanılmaz. Belə də oldu. 2020-ci ildə şanlı Azərbaycan Ordusu öz qisasını aldı. Torpaqları işğaldan azad edən Azərbaycan oğulları göstərdi ki, ermənilərin gücü ancaq uşaq və qadına yetir, onlarla isə mübarizə apara bilməzlər. 2023-cü ildə isə Xocalıda bir nəfər də olsun separatçı qalmadı. Azərbaycan Ordusu onları məhv etdi.

 Gündəm24.az  Modern.az-a istinadən Xocalı faciəsində vəhşiliklər törətmiş və artıq ölmüş müharibə cinayətkarlarını təqdim edir:

Monte “Avo” Melkonyan

1771917671 melkonyan e1643870500836

1990-cı ildə Melkonyan Ermənistana gəlib və Qarabağa işğal məqsədilə yollanıb. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrindən birinin komandiri olan Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində fəal iştirak edib. O 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndində Ordumuz tərəfindən məhv edilib.

Arkadi Ter-Tadevosyan

“Meşə tülküsü” adını almış bu terrorçu 1988-ci ildən Qarabağda separatizmə qoşulub və könüllülərin hərbi təlimində fəal iştirak edib. 1990-cı ildə “Sasunlu Davit” terrorçu dəstəsinin üzvü olan Ter-Tadevosyan 1991-ci ildə Ermənistan Müdafiə Komitəsinin şöbə rəisi təyin edilib.

1771917531 arkadij ter tadevosyan komandos 1

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalıya hücumunu “Meşə tülküsü” ləqəbli general Arkadi Ter-Tadevosyan planlaşdırıb. O, bu əməliyyatı 3 həftə ərzində hazırlamışdı. Tadevosyan 2021-ci il martın 31-də Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinə şahidlik etdikdən bir müddət sonra İrəvanda ölüb.

Manvel Qriqoryan

Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir vilayətində yerləşən Körpəli kəndində anadan olub. Qriqoryan Xocalı soyqırımında iştirak edənlərdən biridir. 1993-cü ildə o, Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilib. Komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalayıb, dinc sakinlərə işgəncə verib.

2014-cü ilin noyabrında Azadlıq Radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Qriqoryan Birinci Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə bəyan edib.

1771917453 1603286626 xocali qatiliQriqoryan 16 iyun 2018-ci ildə Üçkilsədəki evində Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. O, qeyri-qanuni silah-sursata sahib olmaq və korrupsiya iddiaları ilə ittiham olunub. 18 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Manvel Qriqoryanın Birinci Qarabağ müharibəsində törətdiyi cinayətləri ictimaiyyətə açıqlayıb. O, 2020-ci ilin oktyabrında yenidən Qarabağa gəlib. Daha sonra Ordumuzun uğurları fonunda  qaçaraq İrəvana qayıdıb. Burada halı pisləşib və noyabrın 19-da ölüb.

Astvatsatur Petrosyan

1771917479 petrosyan general

1953-cü ildə anadan olan Astvatsatur Petrosyan 1992–2000-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini olub. 1992-ci ildə Xocalı şəhərinin işğal olunmasına rəhbərlik edənlərdən biri olub. Xocalı qətliamının əsas iştirakçısı hesab olunur. O 2020-ci il noyabrın 24-də ölüb. Yerli media onun 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinə dözə bilməyərək öldüyünü bildirib.

Rüstəm Qasparyan

Ermənistan ordusunun “Qara Qaplan” könüllü dəstəsinin komandiri kimi tanınan Rüstəm Qasparyan Birinci Qarabağ müharibəsi zamanı Xocalıda törədilən qətliamın iştirakçılarından biri olub.

1771917449 rustem qasparyan

O 2020-ci ildə 44 günlük müharibə zamanı ağır qəlpə yarası alıb. Xankəndidən İrəvana aparılan Qasparyan bir gün sonra ölüb. Həmçinin, Qasparyanın 29 yaşlı oğlu da onunla birlikdə məhv edilib.

1991-1995-ci illərdə qondarma “DQR”in daxili işlər idarəsinin rəisi Armen İsaqulov da Xocalı faciəsinin iştirakçılarından biri sayılır. O 2021-ci ildə Moskvada ölüb.

Bundan başqa, Xocalı soyqırımında iştirak edən bəzi hərbi cinayətkarlar bu gün ədalət məhkəməsinin qarşısında cavab verir. Qondarma respublikanın keçmiş rəhbərləri, 1992-ci ildə Xocalıya hücum əməliyyatına rəhbərlik edən Bako Saakyan və Arkadi Qukasyan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı ələ keçirildi. Onlar 2026-cı il fevralın 5-də Bakı Hərbi Məhkəməsi tərəfindən hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.

Amma bu gün Xocalı soyqırımında yaxından iştirak edən və hələ də azadlıqda qalan şəxslər var. Bu siyahıda Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və başqalarıdır. Onları isə sakit ölüm yox, Azərbaycan məhkəməsi qarşısında ədalətli mühakimə və cəza gözləyir.

Oxşarxəbərlər

Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR
Gündəm

Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR

26/02/2026 14:30
54
Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO
Gündəm

Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO

26/02/2026 14:05
55
Apteklərdə yoxlama: nöqsanlar aşkar edildi
Gündəm

Apteklərdə yoxlama: nöqsanlar aşkar edildi

26/02/2026 13:58
55
Bakıdakı bu zolaq maraqla qarşılandı – FOTO
Gündəm

Bakıdakı bu zolaq maraqla qarşılandı – FOTO

26/02/2026 13:36
63
SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq
Gündəm

SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq

26/02/2026 13:17
54
Deputatlar Xocalı soyqırımı abidəsini ziyarət etdi – FOTOLAR
Gündəm

Deputatlar Xocalı soyqırımı abidəsini ziyarət etdi – FOTOLAR

26/02/2026 13:06
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi – VİDEO

Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi – VİDEO

26/02/2026 17:00
51
Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
58
Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR

Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR

26/02/2026 14:30
54
Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO

Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO

26/02/2026 14:05
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
58

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

26/02/2026 14:00
51

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

26/02/2026 13:57
52

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

26/02/2026 13:46
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.