Yaxınları APA-ya deyib ki, Könül Hümbətovanın qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir.
Gündəm24.az xəbər verir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.
Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.














