Yandex Turkiye şirkətinin baş direktoru Aleksandr Popovski bildirib ki, yerli super tətbiqlərin yaradılması 2026-cı ilin trendidir və dünyanın ən böyük böyük texnologiya şirkətləri artıq bu sahədə təcrübələr aparırlar.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Yandex Türkiyə ölkədə internetdə söhbət, süni intellekt köməkçisi və süni intellekt axtarış sistemini birləşdirən yeni süni intellekt xidmətini istifadəyə verib. TASS-a açıqlamasında şirkətin mətbuat xidməti bildirir ki, tətbiq türk dilinə və yerli istifadəçi vərdişlərinə uyğunlaşdırılmış neyron şəbəkələrlə işləyir, həm gündəlik işləri, həm də məişət tapşırıqlarını başa düşür. Yandex Türkiyənin baş direktoru Aleksandr Popovski əlavə edib ki, bu süni intellekt platforması istifadəçilər üçün vahid giriş nöqtəsi rolunu oynayacaq və internetə yeni bir pəncərə açacaq.
Sədaqət Həsənova













