RT-yə danışan Lavrov Venesuelada Rusiya neft şirkətlərinə münasibəti və Moskvanın İranla bağlı həll yoluna dair mövqeyini müzakirə edib.
Gündəm24.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın Venesueladakı əməliyyatlarından sonra Rusiya neft şirkətləri ölkəni tərk etməyə məcbur edilir. RT-nin müsahibəsində Lavrov qeyd edib ki, ABŞ-ın enerji sektorunu hədəf alan sanksiyaları, o cümlədən Rosneft və Lukoil şirkətlərinə tətbiq olunan məhdudiyyətlər, Rusiya ilə əməkdaşlığı demək olar ki, bütün ölkələr üçün çətinləşdirib və Hindistanın Rusiya enerji ehtiyatlarını alması da qadağan olunub.
Lavrov əlavə edib ki, Moskva hazırda İsrail, İran və ABŞ arasında vasitəçilik rolunu üzərinə götürmür, yalnız mövcud vəziyyəti müzakirə edir. O, İranı “yaxın tərəfdaş” adlandıraraq, bölgədə potensial partlayıcı risklərin çox olduğunu və vəziyyətin təkcə İran üçün deyil, bütün Yaxın Şərq üçün təhlükə yaratdığını vurğulayıb. Lavrov həmçinin bildirib ki, Zelenski sülhə maraq göstərmir və hər hansı bir sülh təşəbbüsü onun siyasi karyerasının sonu demək ola bilər.
Sədaqət Həsənova














