Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yeni virus YAYILIR: COVİD-dən də təhlükəlidir – Azərbaycan da risk altında?

26/03/2026 15:02
CƏMİYYƏT
60 1
Yeni virus YAYILIR: COVİD-dən də təhlükəlidir – Azərbaycan da risk altında?
77
Baxış sayı

İngiltərədə son günlər meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər dünya mətbuatının diqqət mərkəzinə çevrilərək ciddi rezonans doğurub. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) Kent bölgəsində, xüsusilə Kenterberi ətrafında ilkin olaraq 34 yoluxma halı qeydə alması, daha sonra isə laborator yoxlamalarla 23 halın təsdiqlənməsi epidemik riskləri yenidən gündəmə gətirib.

Hər nə qədər yoluxma sayı kütləvi xarakter daşımasa da, meningokok infeksiyasının son dərəcə sürətli inkişafı, beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) kimi ağır fəsadlara yol açması mütəxəssislərdə ciddi narahatlıq yaradır. Simptomların qəfil başlaması — yüksək hərarət, boyun sərtliyi, şüur bulanıqlığı və dəri səpgiləri — bu xəstəliyi fərdi hallarda koronavirusdan daha təhlükəli edir. Lakin bu təhlükənin Azərbaycan üçün nə dərəcədə real olması və yenidən COVID-19 dövründəki kimil kütləvi qapanmaların yaşanıb-yaşanmayacağı sualı cəmiyyətdə maraq doğuran əsas məqamdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan infeksionist Mərdan Əliyev qeyd edib ki, meningokok infeksiyası mövsümi xarakter daşısa da və vaxtaşırı lokal alovlanmalar yaratsa da, onun pandemiya potensialı koronavirusla müqayisə edilə bilməz: “Meningokok infeksiyası hava-damcı yolu ilə keçən, lakin xarici mühitə çox davamsız olan bir törədicidir. Bu xəstəliyin yayılması üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur. İngiltərədəki hadisə lokal bir alovlanmadır və bu, adətən qapalı kollektivlərdə, tələbə yataqxanalarında və ya hərbi hissələrdə baş verir. Ona görə də, bu infeksiyanın koronavirus kimi sürətlə bütün dünyaya yayılması və qlobal bir pandemiya halına gəlməsi ehtimalı olduqca aşağıdır”.

O, bildirib ki, Azərbaycan üçün hazırda hər hansı ciddi təhlükə və ya kütləvi qapanma təhlükəsi gözlənilmir:

“Bizdə bu infeksiyaya qarşı epidemioloji nəzarət mexanizmləri mövcuddur. Koronavirusda olduğu kimi şəhərlərin bağlanması, küçəyə çıxma qadağalarının tətbiqi meningokok infeksiyası üçün xarakterik deyil. Çünki bu xəstəlik kütləvi yoluxuculuq qabiliyyətinə görə respirator viruslardan geri qalır. Azərbaycan vətəndaşları üçün əsas tövsiyə odur ki, xaricdən gələn şəxslərlə yaxın təmasda ehtiyatlı olsunlar və xüsusilə uşaqlarda qəfil başlayan yüksək hərarət və səpgi müşahidə edildikdə dərhal həkimə müraciət etsinlər. Profilaktik tədbir kimi isə risk qruplarına vaksinasiya tövsiyə olunur, lakin ümumi ölkə səviyyəsində bir həyəcan təbili çalmağa əsas yoxdur”.

Oxşarxəbərlər

Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı – Rəsmi
CƏMİYYƏT

Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı – Rəsmi

18/06/2026 14:52
50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO
CƏMİYYƏT

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

18/06/2026 14:13
54
Tanınmış vəkil qızı ilə bağlı ittihamlara cavab verdi: “Nə çəkibsə, əcəb eləyib”
CƏMİYYƏT

Tanınmış vəkil qızı ilə bağlı ittihamlara cavab verdi: “Nə çəkibsə, əcəb eləyib”

18/06/2026 13:45
53
Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”
CƏMİYYƏT

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

18/06/2026 13:01
52
Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi
CƏMİYYƏT

Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi

18/06/2026 12:53
53
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz
CƏMİYYƏT

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz

18/06/2026 12:38
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı – Rəsmi

Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı – Rəsmi

18/06/2026 14:52
50
Flora Kərimovanın SON DURUMU açıqlandı

Flora Kərimovanın SON DURUMU açıqlandı

18/06/2026 14:23
50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

18/06/2026 14:13
54
Əjdər Pirimov vəfat etdi

Əjdər Pirimov vəfat etdi

18/06/2026 14:01
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
66

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
53

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
57

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In