Tatarıstanda “Nijnekamskneftekim” zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Sibur Nijnekamsk – Nijnekamskneftekim” şirkətinin rəsmi “Telegram” kanalında məlumat verilib.
“Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. 3 aprel, cümə günü axşam saatlarına olan məlumata görə, yeddi nəfərin həlak olduğu təsdiqlənib”, – məlumatda bildirilib.













