Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Avropa İttifaqına qoşulacağı təqdirdə qaz, neft məhsulları və almaz tədarükü ilə bağlı mövcud razılaşmaların taleyinə dair Rusiyadan bildiriş alıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat bu açıqlamanı Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyanın Rusiya Energetika Nazirliyindən qaz təchizatı müqavilələrinin mümkün ləğvi ilə bağlı heç bir yazılı məlumat almadıqlarını bildirməsinə cavab olaraq verib.
“Bu, Ermənistanın qurumları arasında koordinasiya məsələsidir. David Xudatyan Ermənistan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq daxil olmuş sənədlər barədə məlumat ala bilər”, – Zaxarova özünün teleqram kanalında yazıb.













