Cümə, İyul 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zirəddinə yalvardı: “Kömək elə, müəllim olum, Bakıya düşüm” – ŞOK VİDEO

03/06/2026 08:51
Hadisə
51 0
Zirəddinə yalvardı: “Kömək elə, müəllim olum, Bakıya düşüm” – ŞOK VİDEO
65
Baxış sayı

Sosial şəbəkələrin Azərbaycan seqmentində ekstrasens Zirəddin Rzayevin canlı yayımından yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Gündəm24.az xəbər verir ki, videoda müəllim olmaq istəyən gənc xanım canlı yayım zamanı Zirəddin Rzayevə müraciət edərək işlə bağlı gələcəyini soruşur. İddialara görə, ali təhsilini müəllimlik ixtisası üzrə başa vurmuş və müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş xanım hələ də arzuladığı iş yerinə təyinat ala bilməyib.

Canlı yayım zamanı Zirəddin Rzayev gənc xanımdan harada işləmək istədiyini soruşur. Xanım Bakıda müəllim kimi fəaliyyət göstərmək arzusunda olduğunu bildirir. Bir qədər düşündükdən sonra ekstrasens “Bakını görə bilmirəm” deyərək onun rayonlardan birində işə düzələ biləcəyini ehtimal etdiyini söyləyir.

Bunun ardınca müəllim olmaq istəyən xanım Ağdam variantını səsləndirir və həmin rayona təyinat alma ehtimalını soruşur. Zirəddin Rzayev isə təbəssümlə “Ağdam mümkündür, ola bilər” cavabını verir.

Məhz bu dialoq sosial şəbəkələrdə geniş rezonans doğurub.

İzləyicilərin bir hissəsi məsələyə yumorla yanaşsa da, çoxsaylı istifadəçilər hadisəni narahatedici tendensiya kimi qiymətləndiriblər. Şərhlərdə əsas müzakirə mövzusu ekstrasensin fəaliyyəti deyil, müəllim olmaq istəyən bir şəxsin peşə taleyini və gələcəyini ekstrasensdən soruşması olub.

Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, müəllim peşəsi məntiq, elm, bilik və analitik düşüncə üzərində qurulmalıdır. Bu baxımdan bəzi izləyicilər gələcəkdə məktəbdə dərs deməyə hazırlaşan bir şəxsin karyera planlarını ekstrasens məsləhətləri üzərində qurmağa çalışmasını tənqid ediblər.

Digər istifadəçilər isə bildirirlər ki, problem Zirəddin Rzayevdə deyil. Onların fikrincə, əsas məsələ insanların ən sadə həyat qərarlarını belə ekstrasenslərin üzərinə qoymağa çalışmasıdır. Məhz buna görə videonun qısa müddətdə minlərlə baxış topladığı və geniş müzakirə yaratdığı qeyd olunur.

Bəzi sosial şəbəkə istifadəçiləri hətta daha sərt mövqe sərgiləyərək, gələcək müəllimlərin elmə və rasional düşüncəyə əsaslanan qərarlar verməli olduqlarını, peşə taleyini ekstrasens proqnozlarına bağlamağın isə ciddi suallar doğurduğunu bildiriblər. Onlar yazırlar ki, belə bir ağıl sahibi uşaqlara nə öyrədəcək, təhsildə necə effektli olacaq?

Gündəm24.az  həmin görüntüləri təqdim etməklə yanaşı, müzakirənin nəticəsini və qiymətləndirməni oxucuların ixtiyarına buraxır.

Dosye

Zirəddin Telman oğlu Rzayev

Doğum tarixi: 10 noyabr 1981
Doğum yeri: Şəmkir, Azərbaycan
* Peşəsi: ekstrasens
* 2008-ci ildə Rusiyada yayımlanan “Ekstrasenslərin döyüşü” televiziya layihəsinin 6-cı mövsümünün finalçısı olub
* Hazırda əsas fəaliyyətini Moskva şəhərində yerləşən “Liniya Jizni” şəfa mərkəzində davam etdirir
* Müxtəlif illərdə mediada yayılan məlumatlara görə, fərdi qəbul və məsləhət xidmətlərinin qiyməti saatına təxminən 1000 ABŞ dolları təşkil edir
* İxtisasca kinoloqdur
* Moskvadakı şəxsi it təsərrüfatında Türkiyədən gətirilmiş qanqal cinsli itlər yetişdirdiyi bildirilir
* Məlumatlara görə, bəzi qanqal küçüklərini 10 min ABŞ dollarına qədər qiymətlərlə satır
* Evlidir, üç uşaq atasıdır\\musavat.com

 

Oxşarxəbərlər

Zeynəb Məmmədzadənin axtarışları DAVAM EDİR
Hadisə

Zeynəb Məmmədzadənin axtarışları DAVAM EDİR

10/07/2026 11:04
55
Zeynəb Məmmədzadənin axtarışları DAVAM EDİR
Hadisə

Zeynəb Məmmədzadənin axtarışları DAVAM EDİR

10/07/2026 11:04
53
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti – Açıqlandı
Hadisə

Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti – Açıqlandı

10/07/2026 10:34
53
Bakının mərkəzində ilan — VİDEO
Hadisə

Bakının mərkəzində ilan — VİDEO

10/07/2026 09:59
56
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə VƏFAT ETDİ – FOTO
Hadisə

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə VƏFAT ETDİ – FOTO

10/07/2026 09:33
63
Gəncədə yeniyetmə yaşıdını bıçaqlayıb
Hadisə

Gəncədə yeniyetmə yaşıdını bıçaqlayıb

10/07/2026 09:01
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu ərazilərdə mülkü olanlara kompensasiya ödəniləcək

Bu ərazilərdə mülkü olanlara kompensasiya ödəniləcək

10/07/2026 14:41
51
Gərginlik artır: İsrail İranı bu tarixdə bombalayacaq

Gərginlik artır: İsrail İranı bu tarixdə bombalayacaq

10/07/2026 14:34
51
Rusların Putinlə bağlı bu qərarı dünyanı şoka saldı

Rusların Putinlə bağlı bu qərarı dünyanı şoka saldı

10/07/2026 14:24
51
Generala yüksək vəzifə verildi – FOTO

Generala yüksək vəzifə verildi – FOTO

10/07/2026 14:17
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
66

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
75

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
65

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.