“Biz Azərbaycandan təkcə neft deyil, digər məhsulların alınmasında da maraqlıyıq”.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“İrəvan öz ərazisi ilə Bakının məhsullarının Naxçıvana və Türkiyəyə çatdırılması istiqamətində müzakirələr aparır”, – o qeyd edib.
Simonyan həmçinin yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsinin demarkasiya olunacağını vurğulayıb.














