Gündəm24.az xəbər verir ki, Bruklində yerləşən Metropoliten İslah Mərkəzindən azad edildiyi bildirilən Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Cilia Flores helikopterdən endirilərək zirehli avtomobilə mindirilib və Nyu-Yorkun cənubundakı Daniel Patrick Moynihan Məhkəməsinə aparılıblar.
Təhlükəsizlik mənbələri tərəfindən yayımlanan görüntülərdə Maduro və həyat yoldaşının geniş təhlükəsizlik kordonu altında zirehli maşına mindirildiyi əks olunub. Transferin vertolyot və xüsusi təyinatlı qüvvələrin müşayiəti ilə, çoxmərhələli təhlükəsizlik planı çərçivəsində həyata keçirildiyi qeyd edilir.
Məlumata görə, zirehli avtomobildən endirildikdən sonra Maduro və Flores helikopterlə Nyu-York şəhərinin başqa bir nöqtəsinə aparılıb, marşrut boyu nəqliyyat xüsusi təyinatlılar tərəfindən qorunub. Paylaşılan kadrlar karvanın məhkəmə binasına doğru irəlilədiyini göstərir.
Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik əlavə açıqlama verilməyib, görüntülər isə qlobal mediada geniş rezonans doğurub.


Sədaqət Həsənova













