Cümə, İyul 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın”

06/01/2026 15:04
Manşet, Müsahibə
53 1
“Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın”
68
Baxış sayı

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xırdalanda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsulların sarı rəngə boyadıldığını aşkarlayıb.

Ölkə.Az xəbər verir ki, bu sintetik sarı boyanın insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malik olduğu açıqlanıb.

Bundan əvvəl də dəfələrlə qurum tərəfindən oxşar reydlər keçirilib və toyuq sexlərində antisanitar vəzyyət aşkarlanıb.

Axırıncı reyd bir daha göstərdi ki, yaşanan bu hal ilk olmadığı kimi son də olmayacaq.

Bəs bu vəziyyətin qarşısını necə almaq mümkündür?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov toyuqların rənələnməsini “qanun pozuntusu” adlandırıb:

“Dəfələrlə demişik ki, istehlakçıların aldadılması prosesinin özü belə bir qanun pozuntusudur. Bu gün insanlarda ilk baxışdan belə bir fikir formalaşır ki, əgər rəngi sarıdırsa, ayaqları üzərindədirsə, bu kənd toyuğu sayılır. Artıq işbazlar insanların sağlamlığı, aldadılması üzərindən pullar qazanır. Onlar burada boşluqlardanmı və yaxud da cərimələrin azlığındanmı istifadə edirlər. Foto və videolardan göründüyü kimi, burada artıq müəyyən kimyəvi rəngləndiricilərdən istifadə olunub. Təbii ki, bunun özü bir qanun pozuntusudur. Bu, “kənd toyuğu” adı altında qida saxtakarlığı sayılır və birmənalı şəkildə sərt tədbirlər görülməlidir.

Mütəxəssis belə halların qarşısının alınması üçün cərimələrin artırılmasını və cinayət işi açılmasını təklif edib:

“Görülən tədbirlər həmin rənglənmə ilə məşğul olan sexin fəaliyyətinin məhdudlaşdırılması ilə yekunlaşmamalı, sexin tam ləğvi, avadanlıqların istifadədən çıxarılması həyata keçirilməlidir.

Məhsullar birmənalı şəkildə ictimaiyyətdən gözü qarşısında məhv edilməlidir. Rənglənmiş bütün toyuqların, yarımfabrikatların hamısı məhv olunmalıdır ki, bunlar təkrar dövriyyəyə, qayıtmasın, yəni burada ümumiyyətlə saxlanca vermək olmamalıdır.

Həmçinin burada cərimə məsələsində ən maksimum hədd götürülməlidir. Çünki, bundan əvvəl də səhv etmirəmsə, Abşeron ərazisində belə bir proses olmuş, cərimələr yazılmışdı. Görünür, cərimə bunlara başa düşməyə təsir eləmir. Artıq cinayət məsuliyyəti mexanizmi işə salınmalıdır. Çünki bu məsələlər insanların sağlamlığına real təhlükə yaradır. İstehlakçıların aldadılması prosesi var, sağlamlıq üçün təhlükəli məhsul istehsalı var. Maddi və sağlamlıq zərərləri sübuta yetirildikdə artıq burada bir cinayət işi başlanmalıdır. Hətta sahibkarlıq hüququndan məhrumetmə olmalıdır. Yəni belə şəxslərin qida sahəsində fəaliyyəti konkret olaraq qadağan olunmalıdır. Təklif edirəm ki, bu cür işbazların adı qara siyahıya salınsın. Çünki burada “kənd toyuğu” adı altında heç bir markalanma, sertifikat, AQTA ilə müqaviləsi olmayan qeyri-qanuni fəaliyyətdən söhbət gedir. Adamlar sözün əsl mənasında sanki bir “qaçdı-qovdu” oynuyorlar”.

İ.Şirinov hesab edir ki, vəziyyəti nəzarətdə saxlamağın ən yaxşı yolu toyuq sexlərində kameraların quraşdırılmasıdır:

“Təklif edirəm ki, videomüşahidə kameraları quraşdırılsın və həmin kameralar vasitəsilə AQTA-nın əməkdaşları sexdə baş verən prosesləri birbaşa izləyə bilsinlər. Bir daha deyirəm ki, bu cür sərt tədbirlər görülməlidir. İctimaiyyət artıq bilməlidir ki, bu cür adda toyuqların satışı ilə məşğul olan X adamlar bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb olundular, bunların sahibkarlıq fəaliyyəti dayandırıldı.

Biz nə qədər “sertifikatlı məsulları alın” desək də, bu cür məsələlərdən sonra sanki, sözlərimiz kölgədə qalır. Deyirdik ki, dərisi azca sərt, rəngi broyler toyuğundan fərqli, yəni sarımtıl toyuq alın. Çünki kənd toyuğu təbii qidarlarla – ot, buğda, arpa ilə qidalandığına görə rəngində azacıq sarımtıllıq olur. Artıq bunu da boya ilə etdilər. Buna görə də geriyə bir yol qalır. İnandığınız baytarlıq nəzarətindən keçmiş təsərrüfatlardan toyuqları alıb özünüz kəsib evdə istifadə edin. Bir daha deyiləm ki, təsərrüfatların özü belə baytarlıq nəzarətində olan təsərrüfatlar olmalıdır”.

Oxşarxəbərlər

Leyla Əliyevanın doğum günüdür
Gündəm

Leyla Əliyevanın doğum günüdür

03/07/2026 08:40
52
2 iyul – Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə Sumqayıt şəhərində tədbir keçirilib
CƏMİYYƏT

2 iyul – Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə Sumqayıt şəhərində tədbir keçirilib

02/07/2026 17:19
63
Prezident FƏRMAN İMZALADI
Manşet

Prezident FƏRMAN İMZALADI

02/07/2026 16:25
64
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən…
Manşet

Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən…

02/07/2026 14:14
64
İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı
Manşet

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
68
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Manşet

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

02/07/2026 10:41
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Mərhum nazirin müğənni gəlini ailəsi ilə belə dincəlir – FOTO

Mərhum nazirin müğənni gəlini ailəsi ilə belə dincəlir – FOTO

03/07/2026 09:33
50
Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir

Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir

03/07/2026 09:31
51
Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

03/07/2026 09:01
50
Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

03/07/2026 09:01
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
68

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
60

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
104

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
77

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.