İranda etiraz aksiyaları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) öldürülmüş generalı Qasım Süleymaninin abidəsi yandırılıb.
Gündəm24.az xəbər verir ki, hadisə İsfahan ostanının Kaşan şəhərində qeydə alınıb.
Sosial şəbəkələrdə abidənin alovlar içərisində olmasının görüntüləri yayılıb.
Xatırladaq ki, Q. Süleymani 2020-ci ildə Bağdad aeroportu yaxınlığında ABŞ tərəfindən pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.













