Bundan əlavə, Ukrayna hərbçiləri Valuyski, Volokonovski və Qrayvoronski rayonlarını 12 dronla hədəfə alıb, nəticədə beş nəfər yaralanıb.
Gündəm24.az xəbər verir ki, bölgənin əməliyyat komandanlığının verdiyi məlumata görə, son 24 saat ərzində Belqorod vilayətindəki yaşayış məntəqələrinə 47 PUA hücum edib, əraziyə 18 sursat atılıb, nəticədə beş nəfər yaralanıb.
Əməliyyat komandanlığı bildirib ki, “Krasnoyarujski rayonunda Krasnaya Yaruqa, Qrafovka, İlek-Penkovka, Kolotilovka və Staroselye yaşayış məntəqələrinə 18 sursat atılıb, zərbələrdə 11 dron iştirak edib. On beş PUA Şebekinski rayonundakı kəndlərə hücum edib. Altı PUA isə Belqorodski rayonuna hücumlar həyata keçirib”.
Bundan əlavə, Ukrayna hərbçiləri Valuyski, Volokonovski və Qrayvoronski rayonlarını 12 dronla hədəfə alıb, nəticədə beş nəfər yaralanıb. Hava hücumundan müdafiə qüvvələri İvnyanski və Krasnoqvardeyski rayonları üzərində hər birindən bir dron vurub. Başqa bir PUA Belqorod şəhərinə hücum edərək ticarət obyektinə və bir neçə nəqliyyat vasitəsinə zərər vurub.
Sədaqət Həsənova














