Çərşənbə, İyul 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bazarlarda satılan texniki kartoflar: Alıcılar necə ayıra bilər?

27/01/2026 17:17
Manşet, Müsahibə
58 3
Bazarlarda satılan texniki kartoflar: Alıcılar necə ayıra bilər?
77
Baxış sayı

Bəzi bazarlarda və mağazalarda alıcılar yemək üçün nəzərdə tutulmuş kartoflarla yanaşı, texniki, yəni yem kartoflarına da rast gələ bilərlər. Qiyməti ucuz olduğuna görə bu kartoflara maraq göstərilsə də, təəssüf ki, onlar qida məqsədi ilə istehsal olunmayıb və yemək üçün istifadə edilməsi təhlükəlidir.

Bəs alıcılar bu kartofları necə ayıra bilər?

Qida eksperti İlkin Şirinov Ölkə.az-a açıqlamasında bildirib ki, son zamanlar kartoflar haqqında müxtəlif iddialar səsləndirilir.

Onun sözlərinə görə, laborator müayinəsi olmadan, analizlər aparılmadan, tərkibi öyrənilmədən hər hansısa iddianı insanlara yansıtmaq qanuna müvafiq deyil:

“Texniki kartof qida deyil. Bu kartof qida məqsədilə satışı təşkil olunub bazarlarda və ya piştaxtalarda qida kimi satıla bilməz. Əvvəla, bu kartof istehsal üçün texniki məqsədlərlə istifadə olunur. Sənaye xammalı kimi istifadə oluna bilər. Heyvan yemlərində də istifadə oluna bilər. Amma burada heyvanların da canlı olduğunu nəzərə alaraq müəyyən qaydalara əməl olunmalıdır.

Bu kartof qida standartlarına uyğunlaşdırılmır və onun üçün nəzərdə tutulmayıb. Çünki əsas odur ki, bu kartofda kimyəvi maddələrin yükü həddindən artıq çoxdur və onların yetişdirilməsində normadan artıq gübrələrdən, pestisidlərdən, herbistlərdən istifadə olunur və yüksək dozada tətbiq edilir. Həmçinin bu kartoflarda maddələr yığılanda saxlanma şəraitindən asılı olaraq müxtəlif dəyişikliklərə səbəb olur.

551887

İnsanların qidalanması üçün nəzərdə tutulan kartofların anbarlar fərqli olmalıdır. Nəzərə almaq lazımdır ki, qida üçün nəzərdə tutulmayan kartoflar fərqli anbarlarda saxlanmalıdır. Burada rütubətlilik, temperatur və digər faktorlar nəzərə alınmır. Həmçinin, bu kartoflarda etiketlənmə məsələsi də diqqətə alınmalıdır. Əgər belə kartoflar varsa və satışa çıxarılırsa, onların üzərində “texniki məqsədlər üçün istifadə olunma” qeydi olmalıdır”.

Ekspert onu da qeyd edib ki, əgər bu qeydlər yoxdursa və kartof birbaşa satışa çıxarılırsa, bu, istehlakçıların sağlamlığını risk altına qoyur və qida təhlükəsizliyi qanunvericiliyinə ziddir:

“Bundan əlavə, bu cür kartoflar bişdikdən sonra acı dad verir, hamısı demək olar ki, bərabər ölçülü olur və qabığının altında yaşıl sahələr əmələ gəlir. Hətta bu bişdikdən sonra da müşahidə olunur.

Ən əsası kartofun tərkibində solanin deyilən maddə var. Solanin nədir? Kartof günəş işığına məruz qaldıqda, onun cücərən hissəsi bir yerə yığılır və göyərmə prosesi gedir. Solanin də kartofa acı dad verir. Bu, təbii kartofda da ola bilir, bəzən onunla texniki kartofu qarışdırırlar. Yəni elə başa düşürlər ki, bu texniki kartofdur, acı dad verir. Xeyr. Solanin əmələ gəldikdə təbii kartofa acı dad verir. Ondan istifadə etmək də təbii ki, mədə-bağırsaq pozuğunluqlarına gətirib çıxara bilir.

Mən nəyi nəzərə çatdırmaq istəyirəm ki, insanların bu cür məhsullara yanaşması tamamilə düzgündür. Çünki mən özüm də buna şahid olmuşam. İki gün əvvəl belə bir hadisə ilə rastlaşdım: bir kartofu qaynadıb dadına baxanda, sözün əsl mənasında acı dad verir və yaşıl sahələr qabığın altında görünürdü. Son aylarda insanlar bu cür dadlarla dəfələrlə rastlaşıblar və texniki kartof olduğuna şübhə ediblər.

İnanmaq istəməzdim ki, bəzi işbazlar texniki kartofu qida kimi satmağa əl atsınlar. Amma ən doğru variant odur ki, insanlar tam dəqiq məlumatı laborator nəticələrinə əsasən əldə edə bilər”.

Oxşarxəbərlər

İlham Əliyev Venesuelaya başsağlığı verdi
Manşet

İlham Əliyev Venesuelaya başsağlığı verdi

30/06/2026 17:20
52
İlham Əliyev bu qanunu təsdiqlədi
Manşet

İlham Əliyev bu qanunu təsdiqlədi

30/06/2026 16:37
56
Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN
Manşet

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

30/06/2026 16:28
54
Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN
Manşet

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

30/06/2026 16:28
53
İlham Əliyev Fərman İmzaladı
Manşet

İlham Əliyev Fərman İmzaladı

30/06/2026 16:19
57
Prezidentin Naxçıvanla bağlı fərmanı – Nələr dəyişəcək?
Manşet

Prezidentin Naxçıvanla bağlı fərmanı – Nələr dəyişəcək?

30/06/2026 10:24
59

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu sadə addım qabyuyandan gələn qoxu problemini həll edir

Bu sadə addım qabyuyandan gələn qoxu problemini həll edir

01/07/2026 00:33
52
Eyni məhsula fərqli qiymət qoymaq qanunidir?

Eyni məhsula fərqli qiymət qoymaq qanunidir?

01/07/2026 00:00
52
Aziz Yıldırımın evində qadın meyiti tapıldı

Aziz Yıldırımın evində qadın meyiti tapıldı

30/06/2026 23:52
52
Leyla Əliyeva pianoda “Söz olmasaydı” ifa etdi – VİDEO

Leyla Əliyeva pianoda “Söz olmasaydı” ifa etdi – VİDEO

30/06/2026 23:46
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
99

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
88

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
80

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.