Bu gün YPX əməkdaşları tərəfindən kənar dairəvi yolda Səid adlı 8 yaşlı uşaq tapılıb. O, anasından küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.
Bununla bağlı video yayıldıqdan qısa müddət sonra azyaşlının valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
Gündəm24.az -ın xəbərinə görə, 8 yaşlı Səidin anası Gülçöhrə Hacıyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun küsməsinə səbəb küçədə uşaqlarla dalaşması olub: “Oğlum uşaqlarla birgə küçədə oynayırdı. Top üstündə dalaşırdılar. Mən də acıqlanıb topu əlindən aldım. Sonra baxdım ki, yoxdur. Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı. 1 saat onu axtarmışam. Yəni ciddi bir şey olmayıb”.
15:13
“Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb”.
Gündəm24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
“Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub”, məlumatda deyilir.
14:50
Bakıda azyaşlı uşağın valideynləri axtarılır.
Gündəm24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.
Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı 8 yaşlı uşağı aşkarlayıblar.
O, valideynindən küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını bildirib.
Ətraflı videogörüntüdə:














