Cəlilabadda baş verən baltalanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
İlkin məlumatlara əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs dörd dəfə məhkumluq həyatı yaşayıb.
O, hadisəni törədərkən sərxoş vəziyyətdə olub.
Baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
18:53
Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Xəsərət alan şəxslər rayonun Üçtəpə kənd sakinləri – 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.














