Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

ABŞ Bakıya bu hərbi texnikanı göndərir – Nə baş verir?

18/02/2026 21:50
Gündəm
799 42
ABŞ Bakıya bu hərbi texnikanı göndərir – Nə baş verir?
696
Paylaşım sayı
967
Baxış sayı

Rusiyada hakim olan raşizmin nə qədər təhlükəli olduğunu Ukraynaya qarşı 24 fevral 2022-ci ildən bəri davam edən müharibədə Rusiya ordusunun törətdiyi qətliamlar, Ukraynanın dinc şəhərlərinin bombardman edilməsi və buna rəsmi Moskvanın münasibəti çox aydın göstərir. Ukraynanın dinc şəhərlərinin bombardman edilməsinə münasibət bildirən Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov belə demişdi: “Ukrayna “Rusiyanın qanuni maraqları”nı tanısa, Moskva Ukrayna xalqının əzabına son verəcək”.

Gündəm24.az Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

“Peskovun bu açıqlaması 1940-cı il iyulun 17-də Reyxstaqda çıxışı zamanı Hitlerin Böyük Britaniyaya ünvanlanmış bədnam fikrinin rus variantıdır. Britaniyanın dinc şəhərlərinin bombardman edilməsindən danışan Hitler demişdi ki, London Almaniyanın qanuni maraqlarını tanısa, Britaniya əhalisinin iztirablarına son vermək üçün hərbi əməliyyatları dayandıracaqlar.

Peskovun açıqlamasının Hitlerin sözləri ilə birəbir üst-üstə düşməsi raşizmin faşizmlə eyni mahiyyətə malik olduğunun, eyni məntiqlə hərəkət etdiyinin sübutudur. Raşizmin məntiqinə görə, Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı “qanuni maraqları” bu coğrafiyadakı ölkələr və xalqların Moskvanın əsarəti altında olmasından ibarətdir”, – politoloq bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğu dərinləşdikcə, raşizm daha da quduzlaşır:

“Rusiyanın cinayətkar ordusunun Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə endirməsi raşizmin daha da quduzlaşmasının nəticəsidir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr zamanı Prezident İlham Əliyev bildirib ki, Rusiyanın Azərbaycan səfirliyinə ilk hücumundan sonra bu hadisənin təkrar olunmaması üçün Azərbaycanın diplomatik nümayəndəliklərinin – konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilib. Ancaq buna baxmayaraq, daha iki hücum olub və aydın görünür ki, bu hücumlar bilərək edilib.

Əlbəttə, Azərbaycan tərəfinin ölkəmizin konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını Rusiya tərəfinə verməsindən öncə də Rusiya hərbiçiləri həmin kordinatları çox yaxşı bilirdilər. Çox güman ki, Azərbaycan tərəfi Rusiyanın cinayət məsuliyyətindən yayınmaması üçün ən kiçik bəhanəyə yer buraxmamaq üçün belə edib. Digər tərəfdən istisna deyil ki, Ukrayna tərəfi Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumun təsadüf olmadığını sübut edən texniki məlumatları da Azərbaycan tərəfinə təqdim edib. Azərbaycanın sərnişin təyyarəsinə hücumla başlayan, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinə hücumla davam edən hadisələr raşizmin Azərbaycana qarşı hibrid müharibəsinin bir hissəsidir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Tramp adminstrasiyasının Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün bir neçə yeni qayıq (kater) göndərəcəyini bəyan etməsi raşizmin yeni hədəfi ilə bağlı Vaşinqtonda məlumatlar olduğunu ehtimal etməyə imkan verir. Heç şübhəsiz ki, raşizmin başqa hədəfləri də var.

Ən əsası unutmamalıyıq ki, raşizmin hibrid müharibəsi yalnız hərbi zərbələrdən ibarət deyil. Ukraynanın Rusiya işğalına qarşı heyratimiz müqaviməti göstərdi ki, raşizmin hibrid müharibəsini dövlətinin və cəmiyyətinin birgə mübarizəsi ilə dəf etmək, zərərsizləşdirmək mümkündür”.

Oxşarxəbərlər

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl
Gündəm

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
952
5 yaşlı uşağı olanların nəzərinə
Gündəm

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
972
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI
Gündəm

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
965
Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia
Gündəm

Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia

21/09/2026 16:04
982
Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB
Gündəm

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

21/09/2026 14:35
969
Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU
Gündəm

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

21/09/2026 14:20
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
958
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
957
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
952
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.