Çərşənbə, Oktyabr 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
Sağlamlıq
788 51
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!
694
Paylaşım sayı
964
Baxış sayı

Xəbər verildiyi kimi, bir neçə gün qabaq Tiflisdə uşaq bağçalarında qeydə alınmış kütləvi zəhərlənmənin səbəbi bəlli olub. Laboratoriya müayinələrinin nəticələrinə görə, bu norovirusdur. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu patogen virus bütün dünyada virus mənşəli qastroenteritin əsas səbəbidir. Gürcüstan üzrə məlumatlara əsasən, virus mənşəli qastroenterit hallarının 40-45 faizinin səbəbi məhz norovirusdur. Mərkəzdən həmçinin, bildirilib ki, zəhərlənmə əlamətləri olan bütün uşaqların vəziyyəti hazırda qənaətbəxşdir, ciddi ağırlaşmalar müşahidə edilməyib və əksəriyyəti artıq sağalma mərhələsindədir.

Xatırladaq ki, Tiflisdə yerləşən 20 uşaq bağçasında kütləvi zəhərlənmə sentyabrın 17-də baş verib. İntoksikasiya əlamətləri müşahidə olunan 100-dən çox uşaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti insan həyatı və sağlamlığı üçün təhlükə yaradan qida məhsullarının hazırlanması və reallaşdırılması maddəsi üzrə istintaq aparır. Norovirusla bağlı xəstəlik halları eyni vaxtda Tiflisin 20 uşaq bağçasında qeydə alınıb. Onlardan 7-si karantin məqsədilə bağlanıb.
Qeyd edək ki, norovirus mədə və bağırsaqların iltihabına səbəb olan, son dərəcə yüksək yoluxuculuğa malik virus növü sayılır.

İnfeksiya adətən qusma, qarın ağrısı, ishal, bəzi hallarda isə hərarətlə müşayiət olunur. Xəstəlik əksər hallarda 1-3 gün ərzində keçir. Mütəxəssislərin diqqət çəkdiyi əsas risk isə güclü qusma və ishal zamanı orqanizmin susuzlaşmasıdır. Bu virus ən çox hansı şəraitdə inkişaf edir? Azərbaycanda bu hadisədən hansı nəticə çıxarılmalıdır?

Həkim-pediatr Vaqif Qarayev Musavat.com-a açıqlamasında deyib: “Burada diqqəti çəkən əsas məqam odur ki, Tiflisdə 20 ayrı-ayrı yerdə yerləşən bağçada kütləvi zəhərlənmə baş verib. Üstəlik, təkcə uşaqlar deyil, bağça əməkdaşları, tərbiyəçilər və digər işçilər də yoluxublar. Görünür, virusla çirklənmiş ərzaq və qida məhsulu bir mənbədən götürülərək ayrı-ayrı bağçalarda istifadə olunub. Başqa cür necə ola bilər? Bağçanın biri şəhərin bu başında, digəri digər başında yerləşir, onlar bir-birini yoluxdura bilməz.

Bu baxımdan, çox diqqətçəkən informasiyadır. Norovirus qida vasitəsilə yoluxa bilir, eyni zamanda insandan insana da keçir. Daha çox norovirusla çirklənmiş qida məhsullarından istifadə zamanı uşaqlar, eləcə də böyüklər yoluxa bilərlər.

Bu hadisəni ciddi hesab edirəm. Bunu ona görə xüsusilə qeyd edirəm ki, çox şükür, Azərbaycanda uşaq kollektivlərində belə kütləvi zəhərlənmə halları haqqında çoxdan məlumat eşitmirəm. Amma biz həddindən artıq diqqətli olmalıyıq. Gürcüstan bizim qulağımızın dibindədir, eyni coğrafiyadayıq. Ümumiyyətlə, bizdə nə baş verirsə, orada, orada nə baş verirsə, bizdə müşahidə oluna bilər. Tiflis çox yaxındır. Bəlkə də eyni mənbədən ərzaq və qida məhsulları almışıqsa, bu ehtimal bizi daha çox narahat etməlidir”.

Həkim qeyd edir ki, bağçalarda valideynin uşağına hansı ərzağın haradan alındığını və necə hazırlandığını yoxlamaq, nəzarət etmək imkanı yoxdur: “Amma məktəb məsələsi bir qədər fərqlidir. Mən ümumiyyətlə valideyn olaraq anlamıram ki, uşaq məktəbdə niyə yemək yeməlidir, niyə məktəb bufetindən qidalanmalıdır?

Ən vacib məqam budur: səhər tezdən uşaq evdə yemək yeməlidir. Məktəbli məktəbə ac getməməlidir – buna 50 dəfə nida işarəsi qoyuram. İkincisi, çantasına nəsə qoymaq olar. Məsələn, adi pendirdən buterbrod hazırlayıb qoymaq mümkündür. Daha yaxşısı isə vitaminli meyvələr, kalorisi daha çox olan quru meyvələrdir.

Ümumiyyətlə, dünyada uşaqlar üçün qadağan olunan qida məhsulları var. Rəngli, qazlı içkilər qadağandır. Mən energetik içkiləri də bu kateqoriyaya aid edirəm. Amma bunlar bufetlərdə də satılır. Trans yağlarla hazırlanmış yarımfabrikatlar və ya hazır məhsullar olmaz. Fastfud məhsulları, çipsilər, müxtəlif şirniyyatlar, eləcə də uşaqlar üçün uyğun olmayan digər bu tip məhsulların satışı qadağandır.
İnsaf naminə deyək ki, AQTA da bunları qadağan edib. Məktəb bufetlərində sadaladığım məhsulların satışına və istehlakına icazə verilmir, bununla bağlı rəsmi qadağa var. İndi buna əməl olunur, ya olunmur, onu mən deyə bilmərəm. Mən məktəb bufetlərini görmürəm axı.

Bu baxımdan, əvvəldə dediyim kimi, uşağın çantasına adi bir buterbrod, bir də adi su qoymaq olar. Mən küçədə, avtobusda, metroda uşaqları görürəm, çantalarında su butulkası olur. Bu, mənim xoşuma gəlir.
Hər şeyi hökumətin boynuna qoymaq da düzgün deyil. Düşünürəm ki, hər kəs özü özünü qorumağı bacarmalıdır. Bizdə bunun yayılma ehtimalı varmı? Bilmirəm. Bizdə də istehlak olunan həmin qida məhsulları virusla çirklənibsə, yoluxma baş verə bilər, yoxsa baş verməyəcək – bunu əvvəlcədən demək mümkün deyil”.//musavat.com

 

Oxşarxəbərlər

Kütləvi Zəhərlənmələrin Gizli Səbəbi Açıqlandı: Toy və Yas Məclislərində Böyük Risk!
Manşet

Kütləvi Zəhərlənmələrin Gizli Səbəbi Açıqlandı: Toy və Yas Məclislərində Böyük Risk!

05/10/2026 16:38
1k
Həyəcan Yayılmağa Davam Edir: Azərbaycanı Təhlükə Gözləyirmi?
Sağlamlıq

Həyəcan Yayılmağa Davam Edir: Azərbaycanı Təhlükə Gözləyirmi?

05/10/2026 15:59
974
Turşu hazırlayarkən bu səhvlərə yol verməyin: Zəhərlənmə riski yaradan əlamətlər – XƏBƏRDARLIQ
Müsahibə

Turşu hazırlayarkən bu səhvlərə yol verməyin: Zəhərlənmə riski yaradan əlamətlər – XƏBƏRDARLIQ

02/10/2026 17:47
956
“İnsanların çoxu yeriyərkən ağzıaçıq gəzir” – Həkimdən XƏBƏRDARLIQ
Manşet

“İnsanların çoxu yeriyərkən ağzıaçıq gəzir” – Həkimdən XƏBƏRDARLIQ

29/09/2026 22:07
957
Səhiyyə Nazirliyindən vacib xəbərdarlıq
Sağlamlıq

Səhiyyə Nazirliyindən vacib xəbərdarlıq

29/09/2026 08:11
968
Ağrıkəsici atarkən diqqətli olun
Sağlamlıq

Ağrıkəsici atarkən diqqətli olun

24/09/2026 17:08
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
995
Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

06/10/2026 14:51
1k

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

06/10/2026 10:33
964

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

06/10/2026 08:49
964

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

05/10/2026 17:13
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.