Çərşənbə, Oktyabr 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Qeyri-peşəkarların tövsiyələri sağlamlığımıza zərər verə bilər” – EKSPERT AÇIQLADI

27/09/2025 10:10
Gündəm, Manşet, Sağlamlıq
805 34
“Qeyri-peşəkarların tövsiyələri sağlamlığımıza zərər verə bilər” – EKSPERT AÇIQLADI
694
Paylaşım sayı
964
Baxış sayı

“Dünya Səhiyyə Təşkilatı duz və şəkəri “ağ ölüm” adlandırır. Bu, insanların sağlamlığında yaratdığı fəsadlar və risklər barədə günlərlə danışmağı tələb edən ciddi problem olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, ən əsas məqamlardan biri qəbul etdiyimiz duzun və şəkərin tərkibidir. Hərçənd kimyəvi formul eyni olsa da, bu məhsullara qatılan digər kimyəvi maddələr və qatqılar barədə əksər hallarda məlumatsızıq: “Bu gün artıq çəki, ürək-damar problemləri, tromblaşma və erkən ölüm halları geniş yayılıb. Xüsusilə 40-55 yaş aralığında insanların dünyasını dəyişməsinin əsas səbəblərindən biri tromblaşmadır. Amma biz əsas səbəbləri araşdırmaq əvəzinə, nəticə ilə əməliyyat, damar açılması və s. mübarizə aparırıq.

Əsas səbəblərdən biri isə həddindən artıq duz və şəkər qəbuludur. Bu, sadəcə səhər yeməklərində və naharda deyil; paketlənmiş məhsullar, hazır souslar, fast-foodlar, dönərlər, müxtəlif yarımfabrikatlar və hazır yeməklərdən də yüksək dozada qəbul edilir. Bu məhsullar dadlandırıcı kimi normadan artıq duz və şəkər ehtiva edir. Məsələn, evdə hazırladığımız yeməkləri uşaqlar çox sevmir, amma dönər və fast-food daha çox xoşlarına gəlir. Səbəb sadədir — həmin yeməklərdə duz və ədviyyatlar normadan artıq istifadə olunur və bu da xüsusi ağız dadı yaradır.

Digər tərəfdən, şəkər təkcə çayda deyil. Qazlı içkilər, şirəli içkilər, hazır şirniyyatlar da çox yüksək miqdarda şəkər ehtiva edir. Bu isə qaraciyərin yüklənməsinə, damarların tutulmasına və xüsusən də uşaqlarda II tip şəkər xəstəliyi riskinin artmasına gətirib çıxarır. Əvvəllər bu xəstəlik yaşlı insanlarda rast gəlinirdisə, indi məktəbyaşlı uşaqlarda da geniş yayılıb. Bunun qarşısını almaq mümkündür. Duz əvəzinə təbii turşulardan, məsələn limondan istifadə etmək olar. Şəkər əvəzinə meyvələrdən və meyvə qurularından yararlanmaq tövsiyə olunur. Şirəli içkilər əvəzinə su içmək daha faydalıdır. Nəhayət, pəhriz və sağlam qidalanma ilə bağlı məsləhətləri yalnız həkimlərdən almaq lazımdır. Özünü “mütəxəssis” kimi təqdim edən qeyri-peşəkarların tövsiyələri sağlamlığımıza zərər verə bilər. Nəticə olaraq, duz və şəkəri həyatımızdan tam çıxarmasaq da, qəbulunu azaltmaqla ciddi fəsadların qarşısını almaq mümkündür”.

Oxşarxəbərlər

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb
Hadisə

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

14/10/2026 10:14
951
Prezident onlara müraciət ünvanladı
Manşet

Prezident onlara müraciət ünvanladı

14/10/2026 10:12
951
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı
Gündəm

“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

14/10/2026 10:07
951
“Xalaqızı” vəfat etdi
CƏMİYYƏT

“Xalaqızı” vəfat etdi

14/10/2026 10:01
951
Bu ölkənin liderində xərçəng AŞKARLANDI
Dünya

Bu ölkənin liderində xərçəng AŞKARLANDI

14/10/2026 09:17
952
Xarici hakerlərin hücumu BAŞLADI: 100-dən artıq hədəf var…
CƏMİYYƏT

Xarici hakerlərin hücumu BAŞLADI: 100-dən artıq hədəf var…

14/10/2026 09:15
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

14/10/2026 10:14
951
Prezident onlara müraciət ünvanladı

Prezident onlara müraciət ünvanladı

14/10/2026 10:12
951
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

14/10/2026 10:07
951
“Xalaqızı” vəfat etdi

“Xalaqızı” vəfat etdi

14/10/2026 10:01
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
952

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
984

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
977

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
978

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.