İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun “Şirin su” adlanan ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı “Ford”, “Hyundai” və VAZ-2111 markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır./report.az



















