İranın xarici işlər naziri bildirib ki, “buna görə də İran İslam Respublikasının ali vəzifəli şəxsinin qəsdən hədəfə alınması dövlətlər arasında münasibətləri tənzimləyən ən fundamental normaların ciddi və misli görünməmiş şəkildə pozulmasıdır”.
Gündəm24.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının üzvlərinə göndərdiyi məktubda bildirib ki, İranın ali lideri Əli Xameneinin öldürülməsi İsrail və ABŞ tərəfindən beynəlxalq hüququn fundamental prinsiplərinə birbaşa hücumdur. Əraqçi vurğulayıb ki, bu qorxaq terror aktı dövlətlər arasında münasibətləri tənzimləyən əsas normaları pozur və beynəlxalq sistemin sabitliyini sarsıdır. O, əlavə edib ki, belə hərəkətlər təkcə hüququ pozmur, eyni zamanda təhlükəli bir “Pandora qutusunu” açaraq suveren bərabərliyi və qlobal stabilliyi riskə atır.
Sədaqət Həsənova













