Serbiya prezidenti Aleksandar Vuçiç Belqradda keçirilən hökumətyönlü mitinqdə gözlənilməz bəyanatla çıxış edib. O, prezident kimi bu mitinqdə sonuncu dəfə iştirak etdiyini bildirərək, yaxın vaxtlarda vəzifəsindən ayrılacağını açıqlayıb.
Gündəm24.az xəbər verir ki, Vuçiç 14 il ərzində ölkəsinə tutduğu bütün vəzifələrdə sədaqətlə xidmət etdiyini qeyd edib.
Prezidentin hazırkı səlahiyyət müddətinin 2027-ci ilin yazında başa çatmasına baxmayaraq, o, vəzifəsini yaxın həftələrdə tərk edəcəyini və ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini bəyan edib.//NOCOMMENT.az













